Spotify-da artıq "Maarifləndirici Videolar" yayımlanacaq
Bölmə: Maraqlı › ,Tarix: 20:35 29.03.2024
Spotify, İngiltərədə test etməyə başladığı yeni xüsusiyyəti ilə müxtəlif kateqoriyalar üzrə istifadəçilərinə video təhsil məzmunu təqdim etməyə başladı.
Spotify-ın Böyük Britaniya istifadəçiləri dünən tətbiqə daxil olduqda üç kateqoriya - musiqi, podkastlar və audiokitablar görürdülərsə, bu gün artıq dördüncü kateqoriya ilə qarşılaşdılar: onlayn kurslar. Platformanın yeni sınaqdan keçirilmiş xüsusiyyəti istifadəçilərə platformadan istifadə edərək özlərini təkmilləşdirməyə imkan verəcək.
Şirkətin yeni başlatdığı sınaqda BBC Maestro, Skillshare, Thinkific və PlayVirtuoso-dan bəzi kurslar Spotify-ın mobil tətbiqi və masaüstü versiyasına əlavə edildi. Yalnız İngiltərədə mövcud olan xüsusiyyətin bütün dünyaya yayılıb yayılmayacağı hələlik məlum deyil.
Əslində, video kurs məzmunu Spotify-ın üslubu kimi görünmür, lakin son zamanlar platformada daha çox video məzmun dəstəyinin olduğu nəzərə çarpır. Bu yaxınlarda platformaya yüzlərlə videoklipin əlavə ediləcəyi açıqlanıb. Spotify Məhsul Meneceri Mohit Jitaninin sözlərinə görə, artıq təhsil üçün podkastlardan istifadə edən çoxlu sayda istifadəçi var, ona görə də onların təhsil sahəsində eksperiment aparması təəccüblü deyil.
Hələlik Spotify-a əlavə olunan məzmun musiqi istehsalı, yaradıcılıq, iqtisadiyyat və sağlam həyat kateqoriyalarında olacaq.
Spotify bu məzmun üçün preemium modelindən istifadə edəcək. Pulsuz və premium üzvlər kursların ilk iki məzmununu pulsuz izləyə biləcəklər. Daha çox baxmaq üçün onlar pul ödəməli olacaqlar. Birbaşa mobil proqramdan alına bilməyən abunəliklər internet saytından əldə ediləcək.
Aydan İsayeva