Antalyanın 'Düymə Evləri' memarlığı ilə diqqət çəkir
Bölmə: Maraqlı › ,Tarix: 23:27 29.03.2024
Antalyanın İbradı mahalının Ormana bölgəsindəki 'Düymə Evləri' memarlığı ilə diqqət çəkir.
Xarici divarları suvaq örtüyü istifadə edilmədən tikilən evlərin zəlzələyə son dərəcə davamlı olduğu bilinir.Antalyanın İbradı mahalının Ormana bölgəsində "Düymə Evlər" adlanan bu evlər əhəmiyyətli və diqqətçəkən tikililər arasındadır. Divarların ayaqda qalmasını təmin etmək üçün ağırlığı üfüqi olaraq paylayan taxta tirlər bərabər aralıqlarla bərkidilib. Daş divarlara şaquli şəkildə yerləşdirilən bu elementlərə xalq arasında "düymə", bu üsulla tikilən evlərə isə "düymə evlər" deyilir. Xarici səthlər ümumiyyətlə suvaqsızdır və bölgədə yaxşı, iynəli şam ağacından bu tikililərdə istifadə olunur.Yüz illərlə davam edən bu ağacla tikilən evlər, çürüməyən, yayda sərin, qışda isə isti saxlamaqla, zəlzələyə son dərəcə davamlı olaraq tanınır.
Aytac Kərimova
Mənbə: Habertürk