Uşağa qarşı istismara görə mühakimə olunan 27 ildir qaçan şəxs saxlanılıb

Bölmə: Dünya › ,
Tarix: 23:01 02.04.2024

1969-1971 - ci illərdə 11 uşağa qarşı cinsi istismar etdiyi üçün mühakimə olunan 80 yaşlı Riçard Berrouz qaçdıqdan 27 il sonra yaxalanıb. Berrouz Tailanddan İngiltərəyə qayıdarkən paytaxt Londondadakı Hitrou hava limanında saxlanılıb. İngiltərənin Çeşir polis bölməsinin məlumatlarına görə, Berrouz 1997-ci ildə keçiriləcək olan məhkəməyə qatılmıyıb və o vaxtdan bəri "ən çox axtarılanlar" siyahısında olub. 

 

Dedektif Müfəttiş Eleanor Atkinson verdiyi açıqlamada, İngiltərə polisinin uzun illərdir ki, Berrouzu tapmaqda səbr və qətiyyətini qoruduğunu və gec də olsa ədalətin yerini tapdığını bildirib. Atkinson həmçinin bildirib ki, qaçaq Berrouzun təqib edilməsi və tutulması əməliyyatı Böyük Britaniya Polisi ilə Milli Cinayət Agentliyinin (NCA) birgə səyidir.

 

İlahə Həsənova