Zibil qutumuz keçmişimiz haqqında nə deyir?

Bölmə: Maraqlı › ,
Tarix: 23:30 03.04.2024

Arxeoloqlar köhnə yaşayış məskənləri və xarabalıqları tədqiq etməklə keçmişdə yaşayan insanların həyat tərzi haqqında məlumat toplayırlar. Bu məqsədlə bir qrup arxeoloq ABŞ-ın Filadelfiya şəhərində çay kənarında yerləşən 1850-ci illərə aid malikanənin qarşısında palçıq qalaqındakı tullantıları araşdırıb.

 

Tədqiqatçılar ilk dəfə 1998-ci ilin yazında ərazidəki palçıq yığınında marka etiketləri, yüzlərlə şüşə, çini və metal nümunələri olan bütöv şüşələr tapdılar. Tədqiqatçıların hesablamalarına görə, ərazi keçmişdə, xüsusən də, bütöv şüşələrin olması səbəbindən zibillik kimi istifadə olunub. Çünki onlar düşünürlər ki, bu qədər şüşənin cərəyana müqavimət göstərməsi və qırılmadan bu bölgəyə çatması mümkün deyil.

 

Zibilliyin yerləşdiyi torpaqdakı malikanə 100 ildir ki, zənginlik və firavanlıq əlaməti olaraq bu günə qədər qorunub saxlanılıb. Tədqiqatçıların bu bölgəni seçmələrinin ən mühüm səbəbi keçmişdə bu malikanədə yaşayanların geridə qoyduğu tullantıları araşdıraraq onların həyat tərzi haqqında məlumat əldə etməkdir.

 

Laboratoriyada alınan nümunələri tədqiq edən tədqiqatçılar nümunələrin 1900-1939-cu illərə aid olduğunu müəyyən ediblər. Tədqiqatçılar nümunələrin, o cümlədən ketçup və turşu butulkalarının yay əyləncələrində istifadə edildiyini düşünürlər. Bundan əlavə, dərman, vitamin, vazelin və makiyaj butulkalarının olması bu bölgədə yaşayan insanların öz sağlamlıqlarına diqqət etdiyini, maddi sıxıntı yaşamadıqlarını göstərir.

 

Tədqiqatçılar həmçinin 1930-cu illərdən qalma qırılmamış turşu şüşəsində yığılmış palçıq, gil və slyuda kimi daşqınların daşıdığı çöküntü təbəqələrini araşdıraraq bölgədə keçmişdə hansı daşqın hadisələrinin baş vermiş ola biləcəyini müəyyənləşdirməyə çalışırlar.

 

Aydan Qasımova