Dünyanın ən yaşlı adamı 114 yaşında vəfat edib

Bölmə: Maraqlı › ,
Tarix: 23:33 03.04.2024

Venesuela prezidenti Nikolas Maduro X sosial media platformasındakı paylaşımında Peres adlı şəxsin Taçira ştatında 114 yaşında dünyasını dəyişdiyini açıqlayıb.

 

1909-cu ilin mayında anadan olan Peresin 11 övladı, 41 nəvəsi, 18 nəticəsi və 12 nəticəsi var. Ginnesin Rekordlar Kitabı Peresi 2022-ci ildə dünyanın ən yaşlı adamı elan edib. Ginnesin 2022-ci ildə verdiyi açıqlamada, "O, beş yaşında ikən atası və bacıları ilə tarlada işləməyə başladı, şəkər qamışı və qəhvə yığımına kömək etdi" dedi. Dolanışığını əkinçiliklə təmin edən Peres həm də şərif vəzifəsində çalışıb.

 

Mənbə: Habertürk

Aytac Kərimova