Bu vərdişi nəzərdən keçirəcəksiniz! Sağ tərəfinizə uzanmadan əvvəl bir daha düşünün

Bölmə: Maraqlı › ,
Tarix: 23:51 09.04.2024

Nəhayət, uzun bir günün sonunda çarpayıya girdiyinizdə, böyük ehtimlla, çox düşünmədən yorğanların altına qıvrılacaq və sevimli yuxu vəziyyətinə yerləşəcəksiniz. Ancaq bəzi mövqelər digərlərindən daha yaxşı ola bilər və əgər sağ tərəfə yatmağa öyrəşmisinizsə, vərdişlərinizi dəyişmək istəyə bilərsiniz.

 

Əgər zəhlətökən mədə yanma hissindən xilas olmağa çalışırsınızsa, boş paltar geyinmək və az təsirli məşqlər seçmək kimi həyat tərzində bəzi dəyişikliklər etmək simptomları aradan qaldırmağa kömək edə bilər. Ancaq daim sağ tərəfinizə doğru yatsanız, bütün səyləriniz boşuna gedər. Çünki bu, mövcud vəziyyəti daha da pisləşdirə bilər. Hətta sol tərəfinizə yuvarlanmaq kimi sadə bir şey də sinənizdəki yanma hissini aradan qaldırmağa kömək edə bilər.

 

Həzminizə fayda verməklə yanaşı, sol tərəfinizdə yatmaq da ürəyinizin qanı daha səmərəli şəkildə pompalamasına kömək edə bilər. Sol tərəfdə yatmaq potensial olaraq qan axınını artıra bilər. Düzgün qan dövranı ümumi sağlamlığınızı və rifahınızı qorumaq üçün açardır, həmçinin genişlənmiş hörümçək damarlarının və varikoz damarlarının qarşısını ala bilər.

 

Hamiləlikdə qadınların qarnı böyüdükcə yaxşı bir gecə yuxusu almaq getdikcə çətinləşir. Sağ tərəfinizdə yatdığınız zaman ürəyinizdə və körpədə qan axını məhdudlaşdırıla bilər. Körpə artıq bəzi orqanlarınızı yuxarı itələdiyi üçün bu narahatlıq sizə çox lazım olan yuxuya getməyinizə mane ola bilər.

 

Qaraciyər bədəninizin sağ tərəfində yerləşdiyi üçün bu tərəfdə yatmaq bu vacib orqana daha çox təzyiq edir. Bu, sonda qaraciyər tıxanmasına səbəb ola bilər. Qarşısını almaq üçün isə mütəmadi olaraq sağ böyrü üstə yatmamağa çalışın.

 

Mənbə: Milliyet 

Tərcümə etdi: Aydan Qasımova