Ay torpağı kənd təsərrüfatı üçün münbit hala gətirilə bilərmi?

Bölmə: Maraqlı › ,
Tarix: 22:00 16.04.2024

Yaxın zamanda edilən bir araşdırmaya görə, Ay torpağı bakteriyalar sayəsində əkinçilik üçün yararlı hala gətirilə bilər.

 

Ay torpağında əkinçilik Aydan Günəş sisteminin dərinliklərində kəşfiyyat səyahətlərində yol stansiyası kimi istifadəsinə şərait yarada bilər. Ay torpağındakı əkinçilik sayəsində Ay bazasında yaşayan astronavtların qida ehtiyacları qarşılana, atmosferdəki hava fotosintez nəticəsində bitkilərin oksigen istehsal etməsinə şərait yaradaraq həyatı təmin edəcək səviyyədə saxlanıla bilər. Tədqiqatçılar, həmçinin bildirirlər ki, Ay torpağında yetişdirilən bitkilər insanlara emosional olaraq rahatlamağa kömək edə bilər.

 

Elm adamları Apollon missiyaları zamanı Ay torpağının əkinçilik üçün yararlı olub olmadığını müəyyən etmək baxımından araşdırmalar aparıblar. Ayın müxtəlif bölgələrindən götürülərək yerə gətirilən torpaq nümunələrində bitkilərin böyüməsi üçün lazım olan bir çox elementin olduğu müəyyən edilib. Lakin Ay torpağında bitkilərin yetişdirilməsi ilə bağlı aparılan təcrübələr müsbət nəticə verməyib və böyüməyə çalışan çəmən kifayət qədər inkişaf edə bilməyib. Buna səbəb bitkilər üçün mühüm qida mənbəyi olan fosfor kimi mühüm elementlərin Ay torpağında suda həll olunmayan birləşmələr şəklində tapılması idi. O vaxtdan bəri alimlər Ay torpağını əkinçilik üçün münbit hala gətirməyə görə tədqiqatlarını davam etdirirlər.

 

Bu yaxınlarda Çində aparılan və nəticələri "Nature" jurnalında dərc edilən bir araşdırma Ayın torpağına əlavə edilən bakteriyalarla daha səmərəli əkinçiliyin edilə biləcəyini göstərdi. Əlavə edilən bakteriyalar sayəsində torpaq daha turşulu olub. Bu, suda həll olunmayan fosfat birləşmələrinə fosfor elementini həll etməyə və buraxmağa imkan verib. Elm adamları, Ay torpağına bakteriya qataraq yetişdirdikləri bitkinin böyük yarpaq salxımları ilə yanaşı uzun kök və gövdəyə malik olduğunu bildirirlər.

 

Tərcümə etdi: Aydan Qasımova 

Mənbə: Bilim Genç Tübitak