Urartular və Urartu xalqının kökəni haqqında Ermənilərin iddialarına-Əl-Cavab
Bölmə: Maraqlı › ,Tarix: 07:46 17.04.2024
Urartu dili də türk dili kimi aqqlütinativ dildir. Urartu dilinin Hind-Avropa dilləri və ya semitik dillər ilə heç bir oxşarlığı yoxdur.
Mənbə: Kemal Balkan, "Urartuların kökeni ve Dilleri", Belleten, XLVII/191-192 (1984), s. 518-519.
Avstriya tarixçisi Erix Fayql yazır ki, Urartu ölkəsinin önəmli hissəsini təşkil edən Nairi ölkəsinin adı türkcədir. Mixi yazılarda Nahor şəklində yazılmış adın On-Ur=Oghur sözü ilə eyniyyət təşkil etdiyi dəqiqdir. Macarların Hunqar adı da bu kökdəndir.
Mənbə: Erich Feigl, Urartu, s. 12; Ələsgər Siyablı, Dünya Tarixində Turan Dövrü, Köhlən Nəşriyyatı 2021, s. 353.
Həmçinin Urartular öz ölkələrini heç vaxt "Urartu" adlandırmamışdı. Onlar öz dövlətlərini "Biayneli" və ya "Biaynili" adlandırırdılar ki, mənası cəm şəklində "Biay ölkələri" deməkdir. Sözün kökü "Biay"dır.
Mənbə: Б. Б. Пиотровски, Ванское царство (Урарту) М. 1959. s. 30.
Dyakonovun izahına görə Biayneli sözündə sözün kökü "Biay", "N" isə birləşdirici hərfdir. "Eli" isə mənsubiyyət şəkilçisidir.
Mənbə: Дьяконов И. М. Урартские письма и документы, Ленинград 1963, s. 44.
Söz kökü+Ölkə+mənsubiyyət şəkilçisi olaraq götürdükdə, deməli Urartulular ölkəyə İl/El deyirdilər. Bu Türkcə sözdür və hazırda Azərbaycan Türkləri də daxil bütün Türksoylu xalqların dilində istifadə edilməkdədir.
Urartu dili mütəxəssisi Altan Çilingiroğlu Urartu dilinin Türk dili ilə yaxınlığını müəyyən etmişdir.
Mənbə: Urartu Krallığı Tarihi ve Sanatı, İstanbul 1998, s. 149.
A. Virth də Urartu dilini Türk dili ilə qohum hesab edir: "Türk dilinə yaxın olan Urartuların dilində çoxlu Türk sözləri aşkar edilmişdir, məs.: bin=min, su=su, çələbi=ağa və s. Bəzi tədqiqatçılar Urartu dilinin Culfa yaxınlığında yüksək dağ əhalisi arasında qalıqlarının mövcud olduğunu yazırlar."
Mənbə: Wirth A. Geschichte Asiens und Osteuropas, 1905, s. 48.
Urartuca, yenə bitişkən və aqqlütinativ dil olan Hurricə ilə də qohumdur.
Mənbə: E. Neu, Das Huritische: Etne Altorientalische Sprache in neuem Licht, Minz 1988, s. 33-34.
Əslində hər iki dilin eyni kökdən gəldiyi, eyni qaynaqdan şaxələnib təxminən miladdan öncə 3-cü minillikdə bir-birindən ayrıldıqları artıq sübut edilmişdir.
Mənbə: G. Wilhelm, Grundzüge der Geschichte ubd Kulter der Hurriter, Darmstadt 1982, s. 5.
Bu o deməkdir ki, urartuların mənşəyi ilə bağlı problemli məsələyə aydınlıq gətirmək üçün hurrilərin mənşəyinə işıq salmaq lazımdır. M.O. Təxminən 2300-cü ildə Şimali Suriya ilə Şimali Mesopotamiya arasında Hələbdən Ninevaya qədər uzanan bir dövlət quran Hurrilərin (Çorit və Çurri) irq və dil baxımından semit, ari və hind-Avropa tayfaları ilə heç bir əlaqəsi olmadığı qəbul edilir.
Mənbə: Koppers Wilhelm, "İlk Türklük ve İlk İndo-Germenlik", Belleten, c. V, sayı 17-18, s. 446.
Hurrilər Asiya kökənlidir. Hurricənin Türkcə ilə bənzərlikləri iki dilin quruluşunda görülməkdədir.
Mənbə: Ahmet Ünal, Hititler Devrinde Anadolu, İstanbul 2002, Arkeoloji ve Sanat Yayınları, c. I, s. 87.
Mənbə: İlhami Durmuş, Türk Kültürüne Giriş, Birinci Baskı, Ankara, 2016, Akçağ Yayınları, s. 315.
Forrer Hurri dilinin mübahisəsiz Türkcə olduğunu deməkdədir.
Mənbə: Forrer E. " Eine Geschichte Des Gütterkönigtums aus dem Hatti-Reiche", Melanges Cumont, Bruxelles, 1936, s. 688.
Mənbə: A. G. Y. "Göttergeschichte als Weltgeschichte im alten Orient", Forsch und Forstschritte, XI, 1935, s. 398-399.
Mənbə: Forrer E. Structification des Langues et des Peuples dans Le Proche-Orient Préhistorique, Paris, 1930, s. 237.
Hurrilər bir çox alim tərəfindən Turani kökənli qəbul edilməkdədir.
Mənbə: Götze A. Hethiter, Churriter und Assyrer: Hauptlinien der vorderasi atischen Kulturetwicklung in II jhtsd. V. Chr. Geb., Oslo, s. 33.
Hurri və Mittani dilləri ilə türkcə arasındakı bənzərliyə Hrozny və Eyyuboğlu da işarə etməkdədir.
Mənbə: Hrozny B. "Die Länder Churri und Mittari ältesten Inder", Archiv Orientalni, c. I, 1929, s. 91-110, 251-253.
Mənbə: Eyupoğlu İ. Z. Anadolu Uygarlıkları, s. 62.
Bütün bu mənbələr və arqumentlərdən göründüyü kimi nə Urartuların, nə də Urartu xalqı ilə qohum olan Hurrilərin ermənilərin də mənsub olduğu Hind-Avropa dil ailəsi və Erməni milləti ilə heç bir əlaqəsi yoxdur. Tam tərsinə, dillərdə bir çox linqvist və tarixçi tərəfindən vurğulanmış bənzərlik Türkcə ilə üst-üstə düşməkdədir. Hətta yuxarıda vurğuladığım bəzi alimlərə görə Urartuca elə Türkcədir.
Məmmədtağıbəy Nağıbəyov