Bu ölkədə cinsiyyətin dəyişdirilməsi yaşı 18-dən 16-ya endirilib

Bölmə: Maraqlı › ,
Tarix: 21:13 18.04.2024

İsveç Parlamenti qanuni cinsin dəyişdirilməsi yaşının 18-dən 16-ya endirilməsini nəzərdə tutan qanunu 94 əleyhinə 234 səslə təsdiqləyib. Yeni qanun 2025-ci ilin iyulunda qüvvəyə minəcək.

 

İsveç 1972-ci ildə cinsin dəyişdirilməsini qanuniləşdirən ilk ölkə oldu. Lakin son qanun ölkədə gərgin müzakirələrə səbəb olub.

 

Qanunun tərəfdarları deyirlər ki, yeni tənzimləmə əhəmiyyətli dəyişiklik yaradacaq.

 

Qanunun əleyhdarları daha çox araşdırma tələb edirdilər. Yeni qanunla İsveçdə qanuni cinsiyyət dəyişikliyi prosesi asanlaşacaq.

 

Hal-hazırda, isveçlilər qanuni olaraq tanınmış cinsini dəyişdirməzdən əvvəl həkimlər tərəfindən "gender disforiyası" diaqnozu qoyulmalıdır.

 

Gender disforiyası "qavranılan cinsin hazırkı cinslə eyni olmadığı zaman yaranan psixoloji narahatlıq" kimi müəyyən edilir.

 

Lakin yeni qanunla proses daha sadə olacaq. Bu prosesə başlamaq üçün Milli Səhiyyə Şurasının təsdiqi, həmçinin həkim və ya psixoloqla daha qısa müayinə kifayət edəcəkdir.

 

Həmçinin 16 yaşından etibarən şəxsin cinsini qanuni olaraq dəyişməsi mümkün olacaq. Bununla belə, 18 yaşından kiçik insanlar valideynlərindən və ya qəyyumlarından, həkimdən və Milli Səhiyyə Şurasının təsdiqinə ehtiyac duyacaqlar.

 

Yeni qanun həm də cinsin qanuni dəyişdirilməsi prosesini cinsiyyətin dəyişdirilməsi əməliyyatından ayıracaq. Şəxsin 18 yaşdan yuxarı olması lazım olan bu əməliyyat prosesi üçün hələ də uzun bir qiymətləndirmə tələb olunur.

 

Hakim Moderate Unionist Partiyasından Yohan Hultberq parlamentdə altı saatlıq müzakirə zamanı deyib: "Qanuni cinsiyyətin dəyişdirilməsinin geri dönməz cinsi əməliyyatla eyni tələblərə malik olması ağlabatan deyil".

 

Yeni qanunun bəzi transseksual şəxslər üçün böyük və əhəmiyyətli bir fərq yaradacağını müdafiə edən Hultberg, "İsveçlilərin böyük əksəriyyəti heç vaxt qanunun dəyişdiyini fərq etməyəcək" dedi.

 

Koalisiya hökumətində olan Xristian Demokratlar və hökuməti dəstəkləyən ifrat sağçı İsveç Demokratları qanunu dəstəkləməyiblər. Bir çox millət vəkilləri əvvəlcə gender disforiyası ilə bağlı daha çox araşdırma istədiklərini söylədi.

 

İsveç Demokratlar Partiyasının lideri Jimmie Akesson, "ictimaiyyət tərəfindən açıq şəkildə dəstəklənməyən bir təklifin bu qədər təsadüfi səsvermə nəticəsində qəbul edilməsinin təəssüf doğurduğunu" söylədi.

 

İsveçin baş naziri Ulf Kristersson qanun layihəsini müdafiə edərək onu "balanslı və məsuliyyətli" adlandırıb.

 

Reuters xəbər agentliyinin bir xəbər məqaləsində İsveçin TV4 telekanalının bu yaxınlarda keçirdiyi ictimai rəy sorğusuna yer verilib. Sorğuda iştirak edən isveçlilərin 59 faizi qanun dəyişikliyinin “pis” və ya “çox pis”, 22 faizi isə yaxşı olduğunu düşünür.

 

Aynur Babayeva