Bu ölkədə 2009-cu ildən sonra doğulanlara siqaret satışı qadağan edilib

Bölmə: Maraqlı › ,
Tarix: 21:17 18.04.2024

İngiltərədə yeni nəslin ömürlük siqaretə çıxışını qadağan edən qanun layihəsi parlamentdə təsdiqlənib.

 

Belə ki, “Siqaretsiz nəsil” yaradılması təşəbbüsü çərçivəsində 2009-cu il yanvarın 1-dən sonra doğulanlara siqaret satışı qadağan edilib.

 

Çərşənbə axşamı axşam saatlarında təsdiqlənən qanunla bu il 15 yaşı tamam olan uşaqlar ömürləri boyu siqaret ala bilməyəcəklər.

 

Qanun layihəsi İcmalar Palatasında 383 deputatın təsdiqi ilə qəbul edilib, 67 deputat isə qanun layihəsinə qarşı çıxıb.

 

Qanun hakim Mühafizəkarlar Partiyası daxilində mübahisə yaradıb.

 

Bəzi Mühafizəkarlar Partiyasının deputatları qanunu dəstəkləməyəcəklərini bildiriblər.

 

Hakim partiya vurğulayıb ki, parlamentdə səsvermə zamanı deputatlar istədikləri səsi verməkdə azad olacaqlar.

 

Lakin qanunun ana müxalifətdəki Leyboristlər Partiyası və Liberal Demokrat Partiyasından olan deputatların səsləri ilə qəbul ediləcəyi gözlənilirdi.

 

Qanun siqareti deyil, siqaret məhsullarının satışını qadağan edir.

 

"Anti-azadlıq"

Tütün istifadəsi İngiltərədə qarşısı alına bilən ölümün əsas səbəbidir. Uzun müddətli istifadəçilərin təxminən üçdə ikisi ölür, hər il 80 min ölüm təşkil edir.

 

Demək olar ki, hər dəqiqə bir insan infarkt, insult və ağciyər xərçəngi kimi siqaretlə əlaqəli səbəblərdən xəstəxanaya yerləşdirilir.

 

Səhiyyə naziri Viktoriya Atkins qanunun minlərlə insanın həyatını xilas edəcəyini və İngiltərədə səhiyyə sisteminə təzyiqi azaldacağını müdafiə etdi.

 

"Reallıq budur ki, tütündən istifadənin təhlükəsiz səviyyəsi yoxdur" dedi Atkins. “Bu, həqiqətən çox zərərlidir və ona görə də biz gələcək nəsilləri qorumaq üçün bu addımı atırıq”, - deyə o bildirib.

 

Qanun çöl yoxlamalarını həyata keçirəcək orqanlara uşaqlara tütün və ya elektron siqaret satdığı aşkarlanan bazarlara dərhal 100 funt sterlinq cərimə tətbiq etmək səlahiyyəti verir.

 

Bu cərimələrdən əldə edilən gəlir qanunun funksionallığının gücləndirilməsinə sərf olunacaq.

 

Qanun həmçinin elektron siqaretləri daha az cəlbedici etmək məqsədi daşıyır.

 

Müvafiq olaraq, ləzzətlərə, qablaşdırmaya və satışa yeni məhdudiyyətlər qoyulur.

 

Araşdırmalar göstərir ki, qadağan olunsa da, yaşı 18-dən aşağı olan hər beş uşaqdan biri elektron siqareti sınaqdan keçirib.

 

Son üç ildə elektron siqareti sınayan uşaqların sayı da üç dəfə artıb.

 

Hakim mühafizəkarlardan bəzi deputatlar bu qanunun “işləməyəcəyini” düşünərək ona qarşı çıxırdılar.

 

Keçmiş baş nazir Boris Johnson qanunu "dəli" kimi təsvir etməyi seçdi.

 

Consondan sonra baş nazir olmuş və ölkənin ən qısa müddətə baş naziri olmuş Liz Truss qanunun “azadlığa” zidd olduğunu müdafiə etdi.

 

Aynur Babayeva