Kimlərdə yaz allergiyası tez-tez rast gəlinir? Onlarla mübarizə yolları hansılardır?

Bölmə: Maraqlı › ,
Tarix: 23:22 24.04.2024

İlin canlı və rəngarəng yaz ayları gəldi. Havalar isinir, çiçəklər çiçək açır, amma bu həm də havada daha çox polenin olmasına səbəb olur. Polenlə artan və yaz allergiyası adlanan saman qızdırması bir çox insanda burun axması və göz qaşınması ilə nəticələnir. 

 

Bir çox fərqli bitki və ağacdan ayrılan polen allergiyası olanlarda burun, göz və boğazın şişməsinə, yaxud qıcıqlanmasına səbəb olan zülallara sahibdir. Gözlərin qaşınması və burun axmasının səbəbi orqanizmin çiçək tozlarından qurtularaq özünü qorumağa çalışmasıdır.

 

 *Kimlərdə yaz allergiyası daha çox olur?*

 

Saman qızdırması adətən gənclik dövründə başlasa da, hər yaşda ola bilər. 

 

Ailə üzvlərində allergiyası olan və ya astma xəstəsi olanlarda daha çox rast gəlinir.

 

Digər allergiyası olan insanlarda da çox olur.

 

İnsanlar müxtəlif növ polenlərdən təsirlənə bilər.

 

Məsələn, yazda ağac tozcuqları, yayda ot polenləri və payızda alaq otları tozcuqları təsirli ola bilər.

 

 *Yaz allergiyasının simptomları ilə necə mübarizə aparmaq olar?* 

 

 *Yaz allergiyasının müalicəsi olmasa da, onun simptomları müxtəlif yollarla idarə oluna bilər. Onların arasında ən əsasları:*

 

•Tozcuqların gözlərə daxil olmasının qarşısını almaq üçün günəş eynəyi taxmaq

 

 

•Təzə biçilmiş otlardan uzaq durmaq

 

•Çöldən gələndə paltar dəyişdirmək

 

•Tozcuqların sayının daha çox olduğu axşam saatlarında çöldə çox vat keçirməkdən çəkinmək

 

•Gecə pəncərələri bağlamaq

 

Allergiyanın təsirlərinin qarşısını almaq və şişkinliyi azaltmaq üçün müxtəlif formalarda antihistaminiklər və ya steroidlər də istifadə olunur.

 

Aydan Qasımova