Qazaxıstanda könüllülər Tunc dövrünə aid qayaüstü rəsmləri aşkar ediblər
Bölmə: Maraqlı › ,Tarix: 20:59 01.05.2024
“Taza” (“Təmiz Qazaxıstan”) ekoloji kampaniyası zamanı könüllülər Qazaxıstanın Cambıl vilayətində yaşı 4000 ildən çox hesab edilən qayaüstü rəsmlər aşkar ediblər.
Qədim insanların gündəlik həyatını və dünyagörüşünü əks etdirən rəsmlər iki metrə qədər hündürlükdə yerləşir. Planet Today xəbər verir ki, kəşf əhəmiyyətli hesab edilir və onun dəqiq tarixini müəyyən etmək üçün əlavə arxeoloji tədqiqatlar tələb olunur.
Karatau dağlarında ilk dəfə 1906-cı ildə diqqət çəkən rəsmlər də köçəri tayfaların dini inanclarını və iqtisadi həyat tərzini əks etdirir. Müxtəlif heyvanları və ov səhnələrini əks etdirən bu petroqliflər böyük tarixi-coğrafi əhəmiyyətə malikdir.
Hakimiyyət bu yerlərə milli və ya beynəlxalq səviyyədə qorunan ərazi statusu verməyi planlaşdırır.
Mənbə: pravda.ru