Kosmetoloqdan açıqlama: Üz iflicinə səbəb ola bilər

Bölmə: Sosial › ,
Tarix: 22:15 03.05.2024

Gözəl görünmək hər bir xanımın arzusudur. Xanımlar gözəl görünmək üçün müxtəlif üsullara əl atırlar. Bu üsullardan biri də kosmetoloji xidmətlərdir. Son illər kosmetoloji xidmətlərə tələbat kəskin şəkildə artıb. 

 

Kosmetoloji yeniliklər, eləcə də bu sahədə son vaxtların aktual problemləri ilə bağlı həkim-kosmetoloq Xatirə İsmayılova "informator.az"a açıqlama verib. Kosmetoloq qeyd edib ki, prosedurlar yanlış nahiyələrə vuralarsa üz iflicinə səbəb ola bilər:

 

 "Günümüzdə xanımların müraciət etdiyi prosedurlar əvvəlki illərə nəzərən daha təbii görünüş əldə etmək istəmələridir. Son zamanlar dodaqların sadə formada olmasını istəyən pasientlər daha da çoxalır. Pasientlər kosmetik vasitələrdən, tonal vasitələrdən uzaqlaşmaq məqsədi üçün üz dərilərinə qulluq vasitələrindən daha geniş formada istifadə edirlər. Məsələn, kök hüceyrə, bioravitalizantlardan, mezo və müxtəlif kokteyl tərkibli preparatlar və.s".

 

Xatirə İsmayılova kosmetoloji prosedurlardan biri olan botoksdan danışb:

 

"Botoks öz aktuallığını qoruyur, çünki dərinləşmiş qırışları başqa vasitə ilə açmaq mümkün deyil. Hər prosedurun riskləri var təbii ki, bu cox geniş mövzudur. Riskli prosedurların yaranmaması üçün üz anatomiyasını bilmək lazımdır. Botoks prosedurunda ehtiyac olan nahiyələrə toksin ineksiya edilir, yanlış texnika ilə və ya yanlış nahiyələrə vurularsa üz iflicinə, dərin ptozlara, boğulmalara və.s gətirib çıxara bilər. Yanlış edilən burun dolğusu korluqla və ya nekrozla nəticələnə bilər, ya yanlış texnika ilə vurulmuş göz altı işıq dolgusu ticəsin 2-3 il pasient əziyyət çəkə bilər. Belə halların baş verməməsi üçün doğru texnika ilə doğru nahiyələrə prosedurlar etmək lazımdır".

 

 

Zeynəb Mustafazadə