"Şagirdlər məktəblərdə həddindən artıq yorulurlar"

Tarix: 22:00 10.03.2025
Yeniyetməlik dövründə uşaqlar həm psixoloji, həm də fizioloji olaraq dəyişirlər. Hər bir insanın şəxsiyyət kimi formalaşması ilk olaraq, ailədən başlayır.
Məsələ ilə bağlı Harmoniya Psixologiya Mərkəzinin təsisçisi və rəhbəri psixoloq Aygün Ağabalayeva "İnformator.az"a açıqlamasında bildirib ki, şagirdin aqressivliyi həm ailə vəziyyətindən, həm də məktəbdəki dərslərdən asılıdır:
"Hər bir valideyn üçün övladının tərbiyəsi, təhsili önəmlidir. Valideynlər bir çox halda, həyata keçirə bilmədikləri arzularını övladlarına yönəldirlər. Valideyn övladının biliyinə, potensialına görə hərəkət etməlidir. Belə bir ifadə var ki, "doğru bilinən yanlışlar" bu o deməkdir ki, valideyn övladını zirvədə görmək istəyir. Bəzən buna düzgün yanaşma etmir. Hər bir valideyn tərbiyə, təhsil cəhətdən övladını normal yanaşmalıdır. Valideynlər həm dost, həm də valideyn kimi olmalıdır".
Nigar Səmədli