5 dəqiqə ərzində baş ağrılarından xilas ol!

Bölmə: Maraqlı › ,
Tarix: 20:32 06.05.2024

Baş ağrısı şikayətləri bəzən çox şiddətlə hiss edilə bilir. Gündəlik həyatınıza böyük təsir edən baş ağrısından xilas olmaq üçün bu üsulu tətbiq etmək kifayətdir.

 Baş ağrılarının birdən çox səbəbi olduğu hallarda ağla gələn ilk həll yolu olan ağrıkəsicilər zamanla təsirini itirməyə başlayır. Bədən ağrıkəsicilərə qarşı immunitet qazanmağa başladığı üçün zaman keçdikcə ağrıkəsicilər kifayət etmir. Belə halların qarşısını almaq üçün baş ağrılarına qarşı təbii üsullardan istifadə edə bilərsiniz.

Baş ağrısı şikayətləri stress, depressiya, yorğunluq və yuxusuzluq kimi səbəblərdən yarana bilər. Bundan əlavə, baş ağrısı şikayətləri də xəstəliklərin yan təsiri olaraq ortaya çıxa bilər. Təbii ağrı kəsici üsullarla baş ağrılarınızdan asanlıqla xilas ola bilərsiniz.

Baş ağrılarından dəqiqələr içində xilas olmaq üçün təbii yağların sağlam quruluşundan faydalana bilərsiniz. Beyinə gedən damarları genişləndirərək baş ağrısı şikayətlərini aradan qaldıran lavanda yağından kömək almaq kifayət edəcək. Baş ağrısı şikayətlərini lavanda yağı ilə aradan qaldırmaq üçün bir qab qaynar suya 8-10 damcı lavanda yağı əlavə edin. Sonra fasilələrlə bu qarışıqdan çıxan buxarın iyini hiss edin. Bir neçə dəqiqə davam etdikdən sonra baş ağrısının öz-özünə keçdiyini görəcəksiniz.

 

Tərcümə etdi:Asiman Hafizqızı 

Mənbə:Haber Global