Yaz aylarında astma tutmalarına diqqət edin

Bölmə: Maraqlı › ,
Tarix: 11:39 07.05.2024

Astma tutmalarının ən çox soyuqdəymə və qrip kimi tənəffüs yolu infeksiyaları, həmçinin çirkli hava şəraiti və siqaret tüstüsünə məruz qalması ilə tətikləndiyini ifadə edən Prof. Dr. Mustafa Çörtük bildirib ki, həkim nəzarəti olmadan astma dərmanlarının dayandırılması astma tutmasına səbəb olur. Bu, xüsusilə cəmiyyət və səhiyyə işçiləri arasında astma haqqında məlumatlılığın artırılması məqsədi daşıyır. 

 

Dr. Mustafa Çörtük, “Astma dünyada ən çox görülən və yoluxucu olmayan xroniki tənəffüs yolu xəstəliklərindən biridir. Astma təkrarlanan nəfəs darlığı, hırıltı, döş qəfəsində təzyiq hissi və öskürək kimi əlamətlərlə özünü göstərir. Semptomların və şikayətlərin tezliyi, şiddəti zamanla insandan insana və ya eyni adamda dəyişə bilər" deyib. Astmada ən əhəmiyyətli risk faktorlarının genetik meyli,siqaret tüstüsünün aktiv və ya passiv məruz qalması olduğunu ifadə edən Prof.Dr.Mustafa Çörtük xəbərdarlıq etdi:

“Bununla yanaşı uşaqlıqda ana südü xaricində qidalanma, həyatın ilk ilində lazımsız və sıx antibiotik istifadəsi, uşaqlıqda yaşanan bəzi xəstəliklər, kimyəvi toz və tüstüyə məruz qoyan bəzi peşələrdə çalışmaq astmanın inkişafı üçün risklər yaradır".

 

Prof.Dr. Mustafa Çörtük, “Astma tutmaları ən çox soyuqdəymə və qrip kimi tənəffüs yolu infeksiyaları, siqaret tüstüsünə məruz qalma və çirkli hava şəraiti ilə tətiklənir. Bundan əlavə, həkim nəzarəti olmadan astma dərmanlarının dayandırılması astma tutmasına səbəb ola bilər" dedi.

 

Mənbə: CNNTürk

Aytac Kərimova