Neandertal qadının siması yenidən yaradıldı

Bölmə: Maraqlı › ,
Tarix: 11:42 07.05.2024

Alimlər insanların ən yaxın qohumu olan, 75 min il əvvəl yaşayan Neandertal bir qadının bu gün necə görünəcəyini yenidən yaratdılar.

 

Bildirilib ki, bu görüntüyə nail olmaq üçün qadının qazılmış kəllə sümüyü yastılaşdırılıb, çox yumşaq olduğundan sümüklər əvvəlcə bərkidilib, sonra bir araya gətirilib. Daha sonra paleoart mütəxəssisləri üç ölçülü modelləşdirməni yaratdılar. Bu yeni animasiya BBC Studios tərəfindən Netflix üçün çəkilmiş "The Secret of Neandertals" adlı sənədli filmdə nümayiş etdirilir. Sənədli film 40 min il əvvəl yaşamış Neandertallar haqqında kəşf edilənləri əhatə edir. Emma Pomeroy vurğulayır ki, tapılan Neandertal qadın bizim kim olduğumuzla əlaqə qurmağa kömək edəcək. Kəllənin tapıldığı İraq Kürdüstanındakı Şanidar mağarası 1950-ci illərdə 10 Neandertalın qalıqlarının tapıldığı yerdir. 2015-ci ildə bir qrup İngilis tədqiqatçı mağaraya qayıdanda Şanidar Z adlı yeni bir skelet tapdılar. Kəllə sümüyünün yaxşı vəziyyətdə tapılmasına baxmayaraq, qayanın düşməsi səbəbindən qalınlığının 2 sm-ə endiyi ehtimal edilir.

 

Mənbə: BBCNews

Aytac Kərimova