Dondurulmuş və konservləşdirilmiş meyvə və tərəvəzlər sağlamdırmı?

Bölmə: Maraqlı › ,
Tarix: 11:46 07.05.2024

Son illərdə dondurulmuş və konservləşdirilmiş meyvə və tərəvəzlərin sağlamlığa təsiri diqqəti cəlb edir. Ənənəvi məhsullarla müqayisədə bu alternativlərin qida dəyəri və sağlamlıq faydaları mübahisəlidir.

 

İndiki vaxtda həyatın sürətlə artan tempi və mövsümlərdən asılı olaraq məhsulların əlçatanlığının dəyişməsi insanları dondurulmuş və konservləşdirilmiş meyvə və tərəvəz məhsullarına yönləndirir. Bəs dondurulmuş qidalar nə qədər sağlamdır?

 

ÇOX FƏRQ YOXDUR!

 

Bir çox insanlar dondurulmuş qidalara kəskin qərəzlə yanaşır. Bununla belə, aparılan araşdırma uyğun üsullarla hazırlanan dondurulmuş tərəvəz və meyvələrin soyuducuda və ya çöldə saxlanılan təzə tərəvəzlərdən çox da fərqlənmədiyini göstərir.

 

MÜDDƏTİ 12 AYA QƏDƏR UZANIR!

 

Bu bitkilərin saxlama müddəti ümumiyyətlə 3 ilə 14 gün arasında olsa da, dondurulmuş olanlar üçün bu müddət 12 aya qədər uzadıla bilər. Üstəlik, qida dəyərlərində ciddi azalmalar olmadan. Məsələn, dondurulacaq bir tərəvəz adətən ən yüksək qida dəyərinə çatdıqda yığılır.

 

FİTOKİMYƏVİ MADDƏLƏR

 

Bu emal edilmiş meyvə və tərəvəzlər, konservləşdirilmiş pomidor və pomidor sousları kimi fitokimyəvi maddələrin əlavə edilməsi səbəbindən sağlam seçimdir. Michigan State University Extension məqaləsində "Meyvə və Tərəvəzlər Daha Əhəmiyyətlidir" başlıqlı məqalədə konservləşdirilmiş meyvə və tərəvəzlərin təzə və ya dondurulmuş qidalardan seçilmədiyini aşkar etmişdir.

 

DONDULMUŞ MEYVƏ VƏ TƏRƏVƏZ ALARKƏN DİQQƏT EDİLMƏLİ ŞEYLƏR:

 

Yalnız şirə: meyvələr öz şirəsində olmalıdır, heç vaxt şərbətli meyvə almayın.

 

Duza baxın: Azaldılmış natrium kimi etiketlənmiş və ya duz əlavə edilməmiş tərəvəzlər alın.

 

Açıldıqdan dərhal sonra istifadə edin: Konservləşdirilmiş tərəvəz və meyvələrdən daha çox qida dəyəri əldə etmək üçün onları açıldıqdan dərhal sonra istifadə edin.

 

Sadə seçin: Dondurulmuş meyvə və tərəvəzləri alarkən yalnız sadə tərəvəz və meyvələri alın. Əlavə edilmiş yağlar arzuolunmaz yağ və kalorilərə səbəb olur. Bu çəki artımına gətirib çıxarır.

 

Mənbə: Haber Türk

Tərcümə etdi: Aysel Ağakərimova