Met Gala 2024: İlin ən mühüm moda hadisəsinin ən unudulmaz anları..

Bölmə: Maraqlı › ,
Tarix: 20:07 07.05.2024

Moda dünyasının ən əhəmiyyətli gecəsi sayılan və Metropolitan Muzeyinin kostyum institutunun xeyrinə təşkil edilən Met Gala 2024 baş tutub. Bu xüsusi gecəyə hazırlıq aylar əvvəldən başlayır və hər il fərqli bir mövzuya sahib olur və qonaqlar bu mövzulara uyğun kostyumlar seçirlər.

 

Keçən ilki Met Gala 2019-cu ildə 85 yaşında dünyasını dəyişən modelyer Karl Laqerfeldin şərəfinə keçirilib və ulduzlar əfsanəvi modelyerin köhnə dizaynlarını bu xüsusi gecəyə uyğunlaşdıraraq geyiniblər.

Bu il bu mühüm dəvətin mövzusu “Yatmış Gözəllər: Yenidən Oyanış Moda” idi. Dəvət üçün geyim kodu “Zaman bağı” olaraq müəyyən edilib.

 

Gecəyə axın edən şou dünyasının məşhur adları bu mövzuya uyğun qırmızı xalça görünüşləri üçün aylar əvvəldən axtarış və hazırlıq prosesinə girib.

 

Mənbə: Hüriyyet

Zeynəb Mustafazadə