Əgər bir əlaqədə vaxtınızı boşa keçirirsinizsə, bəlkə də, 'Breadcrumbing' yaşayırsınız
Bölmə: Maraqlı › ,Tarix: 23:05 07.05.2024
Mütəxəssislər, hazırda münasibətlərdə tez-tez rast gəlinən bir vəziyyət olan 'Breadcrumbing' texnikasının münasibətlərdə mürəkkəb duyğulara səbəb ola biləcəyini qeyd edərək, əslində, 'çörək qırıntıları' mənasını verən bu manipulyasiya texnikasının partneri arada tutaraq münasibəti davam etdirməyə çalışan insanlar tərəfindən istifadə edildiyini söyləyirlər. Ortaqlarını daim bir yerdə tutaraq əlaqələr qurub real bir bağın yaranmasına imkan vermirlər.
Bu yazıda manipulyasiyaya məruz qalırsınızsa, bunu anlamanıza kömək edəcək maddələri qeyd etdik.
Nə etsəniz də nəticəyə çata bilmirsinizmi?
Əslində, 'çörək qırıntıları' mənasını verən bu manipulyasiya texnikası, ortağını bir yerdə saxlayaraq əlaqəni davam etdirməyə çalışan, lakin əsl bağ yaratmayan insanlar tərəfindən istifadə edilir. Bu texnika insanın zamanla romantik bir əlaqəyə girə bilməyəcəyini və getsə belə xoşbəxt olmayacağını, çatışmazlıqların, yaxud səhvlərin hər zaman onlara aid olacağını düşündürən bir manipulyasiya üsuludur. Əgər münasibətlərdə vaxtınızı boşa xərclədiyinizi hiss edirsinizsə və nə etdiyinizdən asılı olmayaraq heç bir yerə çata bilmirsinizsə, bəlkə də, bu manipulyasiyadan əziyyət çəkirsiniz.
"Bağlanma stilləri"ndən istifadə edilir
"İnsanlar manipulyasiyaya məruz qaldıqları halda çox vaxt bunu başa düşməyə bilərlər".
Əgər “narahat bağlanma tərziniz” varsa, “qaçınıb bağlanma tərzi” olan bir insana daha çox cəlb oluna bilərsiniz. "Bu cür hallarda, narahat bir bağlanma tərzinə sahib olan şəxs, hətta çəkinən insanın verdiyi diqqəti belə qəbul edə və sonra geri çəkə bilər."
Ehtiyatda saxlanan adamda heysiyyatda azalma ola bilər
Breadcrumbing, yəni emosional manipulyasiya burada işə düşür. Manipulyasiyanı həyata keçirən şəxs 'ehtiyat tərəfdaş' olmasını, ancaq ciddi münasibət olmamasını istəyir. Daim ehtiyatda saxlanılan şəxsə gəlincə özünə hörmətin azalması, daim özünü günahkar, səhv bir iş görürmüş kimi hiss etmək, münasibət qura bilmədiyini düşünməsi, qeyri-adekvatlıq, özünü bəyənməmək, özünə şəfqətsizlik və dəyərsizlik hissləri müşahidə oluna bilər.
"Breadcrumbing" a məruz qaldığınızı necə anlayarsınız?
Münasibətdə problem yaşandığında səhv düşünən siz olursunuzsa, qarşınızdakı qeyri-ardıcıl ünsiyyətdə qalır, əhəmiyyətsiz mesajlar göndərir, çox soyuq və çox yaxın davranır, qavrayışınızı pozursa, bu, bəhs etdiyimiz vəziyyəti yaşadığınıza göstərici ola bilər. Daim özünüzdən şübhələnmənizə səbəb olur, sizi qeyri-müəyyən vəziyyətdə qoyur, probleminiz olanda onu əhəmiyyətsiz və dəyərsiz görürsə də bu göstərici ola bilər.
Bütün bu manipulyasiyalar qısa müddətdə sizə təsir göstərməsə də, uzun müddətdə travmatik təsirlər buraxa bilər. Manipulyasiya effekti gələcək münasibətlərinizə də təsir edə bilər. İnsanda çarəsizliyə, ümidsizliyə və bir çox psixiatrik xəstəliklərə səbəb ola bilər. Əgər belə bir periodda olduğunuzu düşünürsünüzsə, mütləq psixi sağlamlıq mütəxəssisindən dəstək almalısınız.
Mənbə: Hürriyet
Tərcümə etdi: Aydan Qasımova