Mütəxəssis: Həddən artıq və gec saatlarda istifadəsi yuxusuzluğa səbəb olur
Bölmə: Maraqlı › ,Tarix: 19:28 10.05.2024
Qara çay bir çox insanın vazkeçilməz dadlarından biridir. Hər kəs səhər yeməyində və axşam yeməyindən sonra xoş söhbətlə müşayiət olunan çaya hə deyir. Ancaq bu, sizin yuxu rejiminizə təsir edə bilər.
Bir adam ildə təxminən 3,5 kiloqram qara çay istehlak edir. Səhər yeməyimizə çayla başlayırıq, söhbətlərimizi müşayiət edirik və yeməkdən sonra çay içirik .
Ancaq çaya olan bu həvəs yuxunuzu poza bilər. Gecələr yatmaqda çətinlik çəkirsinizsə, çay istehlakınıza diqqət yetirməkdə fayda var. Yuxusuzluq deyiləndə adətən qəhvə ağla gəlsə də , çay da qəhvə qədər təsirlidir. Xüsusilə gecə gec saatlarda və ya gün ərzində həddindən artıq istehlak edilən çay yuxusuzluğa səbəb olur.
Sosial media hesabında "Qara çay yaxşıdır, amma axşamlar üçün əvəzolunmaz deyil" deyən Dos. Dr. Muhammed Keskin qara çayın yüngül və az miqdarda içilməsi lazım olduğunu bildirib. Axşam çayı içərkən həmişəkinin yarısı qədər töksək, yuxu pozğunluğu ciddi şəkildə düzələcək. Saat 22:00-dan sonra çay içməsəniz, yuxuda dəyişiklik hiss olunacaq.
Aynur Babayeva