Davamlı baş ağrısını bıçaq kimi kəsir!
Bölmə: Maraqlı › ,Tarix: 23:52 13.05.2024
Baş ağrısı şikayətinin davamlı olaraq meydana gəldiyi bəzi məqamlar ola bilər. Stress, depressiya və ya yorğunluq nəticəsində yaranan davamlı baş ağrılarına qarşı təbii üsullardan kömək ala bilərsiniz.
Baş ağrısı yarandıqda tətbiq oluna biləcək bəzi təbii üsullar var. Bu təbii üsulların tətbiqi ilə baş ağrısı şikayətlərindən dəqiqələr içində xilas olmaq artıq sizin əlinizdədir.
Baş ağrılarından qurtulmaq üçün seçə biləcəyiniz bu üsul mixəklədir. Tərkibindəki təbii antioksidanlar və vitaminlər sayəsində mixək ağrı kəsici olaraq istifadə edilə bilən qidalar arasındadır. Baş ağrısı yarandıqdan sonra mixək çayı hazırlaya və bu bitki çayı ilə bədəninizi toksinlərdən təmizləyə və baş ağrısı şikayətindən qurtula bilərsiniz.
Ağrı kəsici kimi mixəkdən istifadə etmək istəyənlər bir qazana bir stəkan su qoyub, 10 mixək əlavə edib qaynadılmış suyu istehlak edə bilərlər. İstəyirsinizsə, baş ağrılarına qarşı istifadə edilən mixəkləri adi qara çaya əlavə edərək də istehlak edə bilərsiniz.
Bir stəkan çaya əlavə edilən mixək bir neçə dəqiqə ərzində baş ağrılarını aradan qaldırır.
Tehran Yusifli