ATƏT Azərbaycanla əməkdaşlığa maraq göstərir?-Politoloqdan AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 18:09 14.05.2024
ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borq Azərbaycana səfər edib.
Cənubi Qafqaz regionuna səfəri çərçivəsində mayın 14-də Bakıda ölkə başçısı ilə görüş keçirilib.
Səfərin Azərbaycan-ATƏT münasibətlərinə necə təsir göstərəcəyi ilə bağlı politoloq Sultan Zahidov “İnformator.az”a açıqlama verib. Politoloq bildirib ki, Yan Borqun ölkəmizə səfəri onu göstərir ki, ATƏT ölkəmizlə əməkdaşlıq etməyə maraq göstərir:
“ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq bu gün Azərbaycanda səfərdədir. Səfər çərçivəsində ölkə başçısı ilə görüş həyata keçirib. Bu görüşdə bir sıra mühüm məsələlər müzakirə edildi. Azərbaycanın ATƏT-in Minsk qrupu ilə bağlı mövqeyi qəti şəkildə bildirildi.”.
Müsahib qeyd edir ki, Minsk qrupu Azərbaycanla ATƏT arasında münasibətlərdə müəyyən problemlər yaratsa da, ölkəmiz bu qurumla əməkdaşlıq etməyə davam edəcək.
“Sədrin səfəri də onu göstərir ki, ATƏT-in özü də ölkəmizlə əməkdaşlıq etməyə maraq göstərir. Görüşdə müzakirə məsələlərindən biri də Azərbaycan və Ermənistan arasında sülh prosesidir.Bu cür görüşlər iki tərəf arasında olan münasibətlərin yaxşılaşması üçün uyğundur. Eyni zamanda ATƏT-in bundan sonrakı mövqeyi də vacibdir. Regionda sülhün təmin olunmasına müsbət töhfələr verdiyi halda münasibətlərdə müsbət dinamika yaranacaq”.
Azər Abuşov