ABŞ və Rusiya Prezidentlərinin görüşü baş tutub

Tarix: 22:02 26.02.2025
Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makron arasında görüş baş tutub.
Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az" saytına müsahibəsində bildirib ki, görüşdə Avropanın təhlükəsizliyi, Avropa İttifaqı ilə ABŞ-nin gələcək münasibətləri, Rusiya-Ukrayna savaşının dayandırılması kimi məsələlər müzakirə olunub:
"ABŞ və Fransa Prezidentlərin görüşündə müzakirə olunan bir sıra məsələlər var. Burada ilk növbədə Avropanın təhlükəsizliyi, Avropa İttifaqı ilə ABŞ-nin gələcək münasibətləri, Rusiya-Ukrayna savaşının dayandırılması, müharibənin dayandırılması prossesində ABŞ və Avropa İttifaqının yeri kimi məsələlər çox güman ki müzakirə olunub.
Ən vacib məsələlərdən biri Avropanın təhlükəsizliyi, NATO-nun gələcəyi də böyük ehtimal müzakirə edilib.
Burada onlar rəsmi olaraq bir neçə məsələyə toxunublar ki, biri də Ukraynanın Avropaya və ABŞ-yə olan borcları məsələsi idi. Təbii ki, Avropa tərəfi Ukraynaya verdiyi borcları geri alacaq, ABŞ tərəfi isə Baydenin səhvləri ucbatından almayacaq. Makron isə bildirib ki, bu borcları Fransa Ukraynaya təmənnasız verib. Üstəlik Amerikaya qaytarılacaq pulların da Rusiyanın ödəyəcəyi fikrini söyləyib. Burada da hər halda hücum edən tərəfin Rusiya olduğundan bunu deyib".
Müsahibimizin sözlərinə görə, bu görüş təkcə Fransanın deyil, bütün Avropanın fikirlərinin ABŞ-yə çatdırılması baxımından əhəmiyyətli idi:
"Hər halda dünyanın bütün köşkləri Rusiya-Ukrayna müharibəsinin dayanmasını istəyir. Fransa prezidentinin bu məsələdə mövqeyinin nə olduğu tam aydın deyil. Yəni o savaşın sonlanmasını istəyirmi ya yox aydın deyil.
Amma hər ehtimalla demək olar ki, Avropa və ABŞ bu savaşı dayandırmaqda maraqlı olsunlar, çünki savaş onlar üçün də problemlər yaradır, üstəlik ABŞ Ukraynaya kömək etmək məcburiyyətində qalır. Yəqin ki bunu nəzərə alaraq istəyərlər ki, bu savaş dayansın. Lakin Rusiya-Ukrayna arasındakı münasibətlər o qədər kəskinləşib ki, bu görüşün atəşkəsə səbəb olacağını demək çox çətindir".
Fidan Fərhad