Cənubi Koreyadan Ukraynayla bağlı açıqlama

Bölmə: Siyasət › ,
Tarix: 19:16 14.05.2024

"Cənubi Koreya hökuməti Ukraynada sülhün bərpası və müharibədən sonrakı bərpası istiqamətində beynəlxalq ictimaiyyətin səylərində fəal iştirak etdiyini vurğulayır və biz Ukrayna xalqının gələcəkdə ehtiyac duyacağı dəstəyi və əməkdaşlığı davam etdirəcəyik", - Cənubi Koreya prezidenti Yun Seok Yeol deyib.

 

 Zelenski Yun Seok Yeol-u 15-16 iyun tarixlərində İsveçrədə keçiriləcək sülh konfransına dəvət edib. O, həmçinin Cənubi Koreya liderindən Kiyevə yardımı “fəal davam etdirməyi” istəyib.

 

 

Mayın 9-da Yun Seok-yeol Cənubi Koreyanın Rusiya ilə müəyyən məsələlərdə əməkdaşlığa hazır olduğunu açıqlayıb. O qeyd edib ki, Seul Moskva ilə iqtisadi sahədə əlaqələri inkişaf etdirəcək. Bundan əlavə, Cənubi Koreya lideri Rusiyanı Koreya Respublikasının “çoxdan yaxşı münasibətlər qurduğu” dövlət adlandırıb.

 

Mənbə: Lenta.ru

Tərcümə etdi: Banuçiçək Kalbalıyeva