İlham Əliyev bir sıra rəsmiləri qəbul edib: "Görüşdə əsas müzakirə mövqeyi..."-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 19:51 15.05.2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolaunu və Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audleyi qəbul edib.

Görüşü “informator.az”a şərh edən politoloq Kazım Kazımovun sözlərinə görə, görüşdə əsas müzakirə mövqeyi Cop-29 olub:

 

“Görüşdə Azərbaycanın üzərinə götürdüyü bu məsuliyyətli işin öhdəsindən bu günə qədər uğurla gəldiyi qeyd edilib. Belə ki, Azərbaycanın Cop-29-un şərtləri yəni, ekoloji olaraq daha təmiz, yaşıl dünya üçün daha çox məsələləri həll etdiyi bildirildi. Bununla da hər üç təmsilçi Azərbaycanın bu sahədə təcrübəsi, iqtisadi davamlılığı ilə örnək ola biləcəyi və bu səbəbdən də Azərbaycanla iş birliyi yaratmaq istədiklərindən bəhs etdilər. Həmçinin, Azərbaycanla viza rejiminin də elan edilməsi gündəmə gəldi”.

 

Gülnisə Əfkari