Avropa Komissiyasının rəhbəri Fikoya qarşı sui-qəsdi pisləyib

Bölmə: Siyasət › , Dünya › ,
Tarix: 20:02 15.05.2024

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Slovakiyanın baş naziri Robert Fikoya qarşı sui-qəsd cəhdini qətiyyətlə pisləyib. O, X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində müvafiq bəyanat yayıb.

 

 “Mən baş nazir Robert Fikoya edilən qorxaq hücumu qəti şəkildə pisləyirəm. Bu cür zorakılıq hərəkətlərinin cəmiyyətimizdə yeri yoxdur və ən dəyərli ümumi rifahımız olan demokratiyaya xələl gətirir".  

 

 Bundan əlavə, Çexiya prezidenti Petr Pavel hücumçunun motivindən asılı olmayaraq Fikonun həyatına sui-qəsdi pislədiyini bildirib. 

 

“Robert Fikoya edilən hücum, motivlərinin nə olmasından asılı olmayaraq, açıq şəkildə qınana bilər. Bu, cəmiyyətdə düşmənçilik və təcavüzün artmasının nələrə gətirib çıxara biləcəyi barədə xəbərdar etməlidir. Arzu edirəm ki, Robert Fiko bu hadisəni nəticəsiz keçsin”.

 

 Qeyd edək kiSlovakiyanın baş naziri Robert Fiko ölkənin Nazirlər Kabinetinin iclasının keçirildiyi Handlovdakı binanın yaxınlığında atışma nəticəsində yaralanıb.

 

Mənbə: Lenta.ru

Banuçiçək Kalbalıyeva