Rənglərin psixologiyaya təsiri: "Heç bir rəng bizim üçün..."-Psixoloq AÇIQLADI

Bölmə: Sosial › ,
Tarix: 21:22 16.05.2024

İnsan psixologiyasına müxtəlif amillər təsir edir. Bu amillərdən biri də rənglərdir. Rənglərin insan psixologiyasına təsiri mövzusunda psixoloq Əfsanə Rüstəmova "informator.az"a açıqlama verib.

 

Psixoloq bildirib ki, jnsan informasiyanı 5 duyğu vasitəsilə qəbul edir və bunlardan ən çox faiz görmə duyğularına düşür:

 

"Yəni insanın gördükləri hər şey psixologiyasına təsir edir. Rənglər də insan psixologiyasına təsir edən amillərdəndir. Fəlsəfi olaraq rəngləri öyrənən bir elm var. Bu elmdə iddia edirlər ki, rənglərin insan üzərində müxtəlif təsirləri var, psixologiyada bunun belə olduğunu təsdiqləyir. Burada əsas məqam bir rəngin bir şəxs üçün hansı anlama gəldiyidir. İnsanların əksəriyyəti üçün qara rəng çox bədbin anlama gəlsə də, individual şəxs üçün qara rəng uğurlu bir rəng ola bilər. Və ya başqa bir insan üçün uğurun rəngi narınıcıdır amma induvidualda kiminsə üçün narıncı uğursuz rəng ola bilər. Bizim dəstəklədiyimiz yanaşma heç bir rəngi müqəddəsləşdirməməkdir".

 

Əfsanə Rüstəmovanın sözlərinə görə, bir rəng bizim üçün uğurlu və ya uğursuz olmamalıdır:

 

"Biz hər şeyə qarşı neytral olmalıyıq ki, nədən necə təsirlənə biləcəyimizə özümüz qərar verək. İnsanlar bu cür miflərə inandıqca nədən necə təsirlənəcəklərinə özləri qərar vermirlər, onları əhatə edən mühit , cəmiyyət qərar verir. Rəngləri öyrənən xüsusi bir sahə var. Hansı ki insanlar onun vasitəsilə özlərində sakitliyi, xoşbəxtliyi və gücü tapa bilirlər. Lakin hər şeydə olduğu kimi burada da balansı qorulmalı, heçnəyi müqəddəsləşdirməməliyik. Bizə uğur gətirən bir rənglə həyatımızın bütün uğurunu ona bağlasaq, bu çox yalnış olar. Ona görə də həyatımzıdakı hər şeyi daxilimizdə axtarmalıyıq. Əsas öz içimizdəki rəngi tapmağımızdır, çöldəki rənglər sadəcə içimizin yansımasıdır".

 

 

Zeynəb Mustafazadə