Ən gənc rəssam: Qanadan olan 1,5 yaşlı uşaq Ginnesin Rekordlar Kitabına düşüb

Bölmə: Maraqlı › ,
Tarix: 20:27 24.05.2024

Qanada körpə uşaq ən gənc rəssam kimi Ginnesin Rekordlar Kitabına düşüb.

 

Ace-Liam Nana Sam Ankrah adlı oğlan bu titula 1 yaş 152 günlük yaşında nail olub.

 

Bu sahədə rekordlar kitabına düşmək üçün sərgidə rəsm satmağı bacarmaq və satılan rəsm əsərini çəkdiyini sübut etmək lazımdır.

 

Ace-Liam Qanadakı ilk sərgisində 10 rəsm satmağı bacardı. Balaca rəssam ölkənin birinci xanımı Rebekka Akufo-Addodan da rəsm sifarişi alıb. Rəssam olan ana Chantelle Kuukua Eghan deyir ki, oğlunun rəssamlıq istedadı hələ altı aylıq olanda üzə çıxıb.

 

Qürurlu ana Ginnesdən məktubu alanda "göz yaşlarına boğulduğunu" və "Allaha şükür etdiyini" deyib.

 

Anası deyir ki, Ace-Liam hansı rənglərin birlikdə işlədiyini bilir.

 

İndiyədək karyerasında 15 rəsm əsərini satan Liamın əsərlərinin yaxın vaxtlarda hərraca çıxarılması gözlənilir.

 

1,5 yaşlı rəssamın anası oğlunun rəsm çəkməyə necə başladığını da açıqlayıb.

 

Ana dedi ki, rəsm üzərində işləyərkən oğlu qarşısında rəsm kağızı açıb və “O, açıq rənglərə çox maraq göstərirdi” deyib.

 

Bu əsərə uyğun olaraq ilk əsər “Sürünən” adlandırılıb. Ace-Liamın anası oğlunun mücərrəd rəssamlığın böyükləri Cekson Pollok və Damien Hirstin yolunu davam etdirəcəyinə ümid edir.

 

Ana Chantelle Kuukua Eghan da oğlunun beynəlxalq təqaüd alacağına ümid edir.