Kök qabığında təəccüblü "melanin" detalı

Bölmə: Maraqlı › ,
Tarix: 22:29 20.12.2024

 Yerkökü xüsusilə gözlər və insan orqanizmi üçün faydaları ilə tanınır. Mütəxəssislərin tövsiyə etdiyi bu tərəvəzi adətən qabığından ayıraraq istehlak edirik. Ancaq son araşdırmalar göstərir ki, yerkökü qabığında aşkar edilən bəzi maddələr xərçəngə qarşı antikordur. 

 

Sağlamlığımız üçün faydalı olan tərəvəzlərdən biri olan kök yeməklərdə və salatlarda tez-tez istehlak edilir. Lakin istehlak edərkən qabığından ayırdığımız bu tərəvəzin qabığının çox bilinməyən faydaları olduğu ortaya çıxdı. 

 

Hitit Universitetində başlanan layihə yerkökü qabığından əldə edilən melanin birləşməsinin ağciyər hüceyrələrində xərçəng əleyhinə xüsusiyyətlərə malik olduğunu təsdiqləyib. Rektorluqdan verilən yazılı açıqlamaya görə, layihənin məqsədi melaninin xüsusiyyətlərini araşdırmaq olub. Kök qabığından götürülən nümunələrin nəticələri hər kəsi təəccübləndirib.

 

Kök qabığındakı melaninin təəccüblü detalı, xərçəng əleyhinə təbii anrikor yuvasıdır

 

Davam edən araşdırmada kök qabığından əldə edilən melanin birləşməsinin ağciyər hüceyrələrində xərçəngə qarşı qoruyucu xüsusiyyətlərə malik olduğu ifadə edildi. Tədqiqatçıların fikrincə, bu tapıntılar xərçəngin müalicəsi sahəsində yeni üfüqlər açmaq potensialına malikdir.

 

Mənbə: Pembe nar 

Nigar Səmədli