Zəif ayaq dırnaqları üçün möcüzəli həll!
Bölmə: Maraqlı › ,Tarix: 22:46 20.12.2024
Ayaq dırnaqları bədənin ən çox aşınan və baxımsız qalan hissələrindən biridir. Asanlıqla qırılan, soyulan və ya çatlayan ayaq dırnaqları estetik problemlərlə yanaşı sağlamlıq problemlərinə də səbəb ola bilər. Nə yaxşı ki, təbii üsullarla ayaq dırnaqlarını gücləndirmək və sağlam şəkildə böyütmək mümkündür.
Zeytun yağı ,dəri və dırnaqlar üçün əla nəmləndiricidir. Antioksidant xüsusiyyətlərə malik olan bu təbii yağ dırnaqları qidalandırır, nəmləndirir və qırılmasının qarşısını alır.
Həftədə bir neçə dəfə dırnaqlarınıza yüngülcə ilıq zeytun yağını masaj edin. Bu, dırnaqların daha möhkəm olmasına kömək edir.
Sarımsaq ,güclü antibakterial və antifungal xüsusiyyətləri sayəsində dırnaqların sağlamlığını yaxşılaşdırır. Eyni zamanda, tərkibindəki kükürd dırnaqları gücləndirməyə kömək edə bilər.
Bir diş sarımsağı əzin, bir çay qaşığı zeytun yağı ilə qarışdırın və dırnaqlarınıza çəkin. 10-15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun.
Mənbə: Pembenar
Kəmalə Vəliyeva