K.Ceorcesku kömək üçün D.Trampa müraciət edib

Bölmə: Siyasət › ,
Tarix: 18:43 28.02.2025

Ceorceskunun sözlərinə görə, Amerika Birləşmiş Ştatlarının Rumıniyaya kömək etməlidir, çünki onun demokratiyanı müdafiə etmək öhdəliyi var.

Mövzu ilə bağlı “informator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirir ki, ABŞ Rumıniya vasitəsilə Rusiya, Türkiyə və Avropada ona qarşı siyasət aparan üzv dövlətlərə nəzarət etmək üçün bir yol axtarır:

 

“Bu siyasət Trampdan öncə də icra olunub. Bunun səbəbi isə Avropanın ən böyük NATO bazasının 2040-cı ilə qədər Rumıniyada qurulması planlaşdırılır və NATO təxminən 2,5 milyard avro xərcləyəcək. Yenilənmiş bu bazada 10.000-ə qədər NATO əsgəri və onların ailələri eyni vaxtda qala biləcək. Əslində, Türkiyədəki İncirlik bazası, Almaniyadakı Ramşteyn bazası və Yaponiyadakı Okinava bazası ilə oxşar baza Rumıniyada tikilir. Rumıniyada genişləndiriləcək yeni hava bazasını Qərb koalisiya qüvvələri əvvəllər Əfqanıstan və İraqdakı əməliyyatlar zamanı fəal şəkildə istifadə edilib. ABŞ Rumıniyanın Mihail Kogalniceanu aviabazasından hələ 1999-cu ildə, Rumıniya NATO-ya qoşulmazdan əvvəl istifadə etməyə başlayıb. Güman edilir ki, Rumıniyadakı baza NATO qoşunlarının Cənub-Şərqi Avropadakı komandanlıq və idarəetmə mərkəzinə çevriləcək. Mixail Koqalniçeanu hava bazasında əksəriyyəti Amerikadan ibarət təxminən 5000 NATO əsgəri var. Rumıniya NATO-nun cənub-şərqində NATO və ABŞ üçün əsas dəstək olacaq. Aİ uzun illərdəki Vaşinqtonun bu siyasəti qarşısında acizdir. İndi isə deməkratiyanın gücləndirilməsi adı altında bu siyasət pərdələnməkdədir”.

 

Aysel Mirzəyeva