ABŞ Ukraynaya yenidən hərbi yardım köməkliyi edə bilərmi?-Politoloq AÇIQLAYIR

Tarix: 21:29 06.03.2025
Ukrayna hakimiyyəti ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında işləməyə hazır olduğunu açıqlayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski bu qərarı “X” sosial şəbəkəsində yazıb.
Mövzu ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov “informator.az”a açıqlamasında bildirib ki, 28 fevral tarixində Ağ Evdə keçirilən görüşdən sonra Donald Trampın administrasiyasının konkret tələbi var:
“Sənədin Ağ Evdə və yaxud digər məkanda imzalanması o qədərdə əhəmiyyət kəsb etmir. Amma hər bir halda, söhbət ABŞ-Ukrayna münasibətlərinin formalaşdırılmasından , ABŞ-nin Donald Tramp administrasiyasının Zelenskinin qarşısına qoyduğu tələblərdən gedir. Bu tələbi açıq şəkildə bəyan edib. Bildirilb ki, Ukraynaya silah yardımı dayandırılacaq və artıq dayandırıldı. Silah yardımının dayandırılması Ukrayna üçün hansı ağır zərbələrin olacağını Zelenski də bilir. Bir dəfə Zelenski öz çıxışında qeyd edib ki, “ABŞ-nin yardımı olmadan, nəinki müharibə aparmaq, hətta yaşamaq belə Ukrayna üçün ciddi təhlükədir”.
Zelenskinin təhlükəsizliklə bağlı zəmanət istəyi var. Ona görə onlar arasında qarşıdurma yarandı. Londonda görüş keçirildi. Görüşün heç bir nəticəsi olmadı. Ancaq Ukraynaya 2-3 milyardlıq kredit verilib. Avropanın Ukrayna müharibəsində ediləcək dəstəyi bəllidir. Məhz ona görə Ukraynanı ciddi şəkildə narahat edən məqam ABŞ-nin dəstəyidir. Zelenskinin üzrlə bağlı onun qarşısına qoyulan tələbə reaksiyası, əslində gözlənilən idi ki, Zelenski o sənədi imzalamağa məcbur qalacaq. Zelenski o sənədin Ağ Evdə 28 fevral imzalanmayacağını bilirdi. Amma Zelenski ondan öncə onu da bilirdi ki, o sənədin imzalanmaması şansı yoxdur. Çünki Donald Tramp açıq şəkildə bəyan edirdi. Tələblərini heç bir şübhəli məqam olmadan bəlli edirdi. Zelenskini o sənədi imzalamağı uzatmaqda səbəbi Avropa idi.
Avropa sülhməramlı qüvvələrdən danışır. ABŞ-də bəyan edir ki, sülhməramlı missiyalarını göndərsinlər. ABŞ ora ordu göndərməyəcək”.
Politoloqun sözlərinə görə, ABŞ Ukraynaya təhlükəsizliklə bağlı zəmanət məsələləsinə də münasibət bildirib:
“Əslində Zelenskinin idarə etdiyi Ukraynanın da haqqı var. Çünki 1994-cü ildə Budapeştdə onlara təhlükəsizlik zəmanəti verilib. Onun nəticəsi bəllidir. Bu təhlükəsizlik zəmanətinin belə nəticələnməyi Ukrayna tərəfini narahat edir. Bundan sonra sözdə və ya sənəddə zəmanət deyil, real zəmanət istəyirlər. Ona görə də ABŞ-nin sülhməramlıq qismində və yaxud digər formada ordusunun Ukraynaya gəlməsini tələb edirdilər. Amma ABŞ-də bunu çox gözəl anlayır. Özünün hərbi büdcəsinə qənaət siyasətini əldə rəhbər tutduğunu bəyan edən Tramp əlavə ordu göndərməyəcək. Hətta Tramp administrasiyası NATO-dan , BMT-dən çıxmaq təklifi səsləndirir. Bunun fonunda Tramp administrasiyasının Ukraynaya ordu yeridəcəyi ilə bağlı razılaşmaq mümkün deyil. ABŞ bundan sonra Ukraynaya hərbi yardım etməyəcək. Tramp qısa müddətdə atəşkəsə nail olmaq və Rusiya ilə Ukrayna arasında sülh sazişinin imzalanmasına cəhd göstərir. Tramp administrasiyası Rusiyanın nəzarəti altında olan ərazilərin Rusiyada qalmasına razılıq verib. Bir sıra dövlətlər ABŞ-Ukrayna, Tramp-Zelenski arasında münasibətlərin normallaşdırmasına görə narahatdırlar. ABŞ artıq Rusiya ilə anlaşmağa və Avrpanın təhlükəsizliyində daha az rol almağa, öz büdcəsinə qənaət etməyə çalışır. ABŞ-nin bu mövqeyi Rusiya-Ukrayna müharibəsinin dayanmasına gətirib çıxaracaq. Artıq Rusiya tərəfi bəyan edib. Bundan sonra Ukraynada Zelenskinin mövqeyi zəifləyəcək”.
Kəmalə Vəliyeva