“ABŞ Dünya Nizamını Məhv Edir”-Zalujnı

Bölmə: Siyasət › ,
Tarix: 16:13 07.03.2025

Ukrayna Silahlı Qüvvələrinin keçmiş rəhbəri, Ukraynanın Britaniyadakı səfiri Valeri Zalujnı ABŞ-ni dünya nizamını məhv etməkdə ittiham edib.

 

Mövzu ilə bağlı “informator.az”a açıqlamasında politoloq Turan Rzayev bildirib ki, indiki vəziyyətdə Ukrayna ilə ABŞ-nin arası gərgin olmasa da, soyuqdur:

 

“Tramp və Zelenski arasında keçən görüşdən sonra soyuqluq daha kəskin şəkildə görünür. Hətta Zelenskinin Trampın işlərinə başdan razı olmaması Ukraynaya yardımları kəsməsi ilə nəticələndi. Tramp Rusiya-Ukrayna müharibəsinin bitməsini istəyir. Ona görə də, Zelenskiyə sülh bağlamasını təklif elədi. Ümumililikdə Rusiya ilə paraleldə aparılan danışıqlardakı məqsəd tərəflər arasında atəşkəs imzalamaqdır. Zelenski bu atəşkəsə razı olmasa da gec-tez razılaşmalı olacaq. Amma bu məsələlərə baxmayaraq, Ukrayna və ABŞ arasında ciddi prablemlər, gərginlik yaşanacağını düşünmürəm. Artıq bir müddətdir ki, ABŞ-nin keçmiş prezidentləri Trampla qeyri-rəsmi təmasa keçiblər. Belə bir qənaətə gəlmək olar ki, əgər Zelenski sülhə razılıq verməsə Tramp keçmiş prezidentlərdən birini hakimiyyətə gətirib onunla sülhü bağlamağa nail olacaq. Tramp əlverişli olan bütün alternativlərə üz tutur”.

 

Həmçinin, politoloq şərhində bildirir ki, ümumiyyətlə D.Tramp Amerikanın istər NATO olsun, istərsə də BMT olsun həddən artıq xərc çəkdiyini amma o xərcin qarşılığını görmədiyini düşünür:

 

“ABŞ-nin NATO və BMT-də çıxacağını söyləyən fərziyyələr var, amma düşünürəm ki, bunların heç biri olmuyacaq. Tramp sadəcə bu məsələdə müttəfiqlərinə aldadadır. Tramp özü yaxşı bilir ki, NATO-nu tərk etsə Avropanın təhlükəsizlik sahəsində ciddi boşluqlar yaranacaq. Bunların yaranmaması üçün Tramp digər ölkələrində ən azından Amerika kimi hərbi xərclərini artırmasını istəyir”.

 

Aysel Mirzəyeva