ABŞ ukraynalı qaçqınların statusunu ləğv etməyə hazırlaşır

Tarix: 11:53 10.03.2025
ABŞ prezidentinin administrasiyası ölkəyə sığınan ukraynalı qaçqının bir qisminin statusunu ləğv etməyi planlaşdırır.
Mövzu ilə bağlı “informator.az”a açıqlamasında politoloq Eçlin Mirzəbəyli bildirib ki, hazırda ABŞ-da məskunlaşan Ukraynalaların sayı bir o qədər də çox deyil:
“Ukraynalılar əsasən Şərqi Avropa ölkələrində daha çox sığınıblar. Amerikaya sığınan ukraynalılar isə birbaşa ABŞ-nin xidmətinin istəyi ilə və ayrı-ayrı proqramlar çərçivəsində ölkəyə gətirilən şəxslərdir. Prinsip etibarı ilə D.Tramp bu qərarı humanist layihə daşımamaqla yanaşı, ABŞ-nin bu günə kimi keçirdiyi siyasətin mahiyyətinə ziddir. Prinsipə görə müharibədən qaçan şəxslərə qarşı bu qəbildən olan davranışların sərgilənməsi qənaətimə görə yaxşı prezident formalaşdırmır. ABŞ-da ümumiyyətlə, C.Amerika ölkələrindən olan qaçqınlar sayı o qədər çoxdu ki, ukraynalılar onlarla müqayisədə gözə görünmürlər. Digər tərəfdən hakimiyyətdə kimin olmasından asılı olmayaraq götürülən beynəlxalq öhdəliklər dəyişərsə həmin dövlətin etimadının, inamının azalmasına gətirib çıxara bilər. Həmin şəxslərin üçüncü ölkələrə göndərilməsi ilə bağlı qərar ABŞ-nin bilavasitə səlahiyyətində olan məsələ deyil. İstədikləri müvafiq ölkələri seçməkdə və o dövlətlərə müraciət etmək hüquqa malikdirlər. Tramp adminstrasiyasının qəbul etdiyi qərarların konstitusiyaya uyğun gəlmədiyini əsas götürərək ləğv ediblər. Qaçqınlar bu qərarlara əsasən müvafiq olaraq məhkəmələrə müraciət edə bilərlər”.
Aysel Mirzəyeva