ABŞ-İran münasibətləri hazırda hansı səviyyədədir?-POLİTOLOQ AÇIQLAYIR…

Tarix: 21:49 10.03.2025
“İran maksimum təzyiq siyasətini davam etdirdiyi müddətcə ABŞ ilə birbaşa danışıqlara girməyəcək”.
Bu haqda ölkənin Xarici İşlər Nazirliyi ABŞ lideri Donald Trampın Tehrana məktubuna açıqlamasında bildirib.
Mövzu ilə bağlı politoloq Tural İrfan “informator.az”a açıqlamasında bildirib ki, ABŞ və İran arasındakı münasibətlər İranın ABŞ- nin planlarını həyata keçirməkdəki roluna bağlıdır:
“Əslində ABŞ və İsrail İrandan məharətlə istifadə edilir. İraq, Əfqanıstan, Livan, Suriya, Yəmən və Fələstində İran silahlı qruplar yaradıb, təxribatlar yaratmaqla ABŞ və İsrailə şərait yaradır ki, həmin ölkədə yerləşsin yaxud irəliləsin. ABŞ-də plana uyğun olaraq həmin ölkəni istismar etdikdən sonra İrana da pay verir. Necə ki, İraqda bunu etdi. İrana qarşı təhdidlər o zaman artır ki, İran ABŞ-nin və İsrailin planlarından kənar addımlar atmaq istəyir. Trampın məktubu əslində İranın, İsrailin maraqları naminə Suriyada təxribata başlamasına görə idi. İranın dini lideri ötən ilin dekabrında Suriyalı gəncləri üsyana, terror və iğtişaşa çağırıb. Amma Suriyada vəziyyət sabit idi. İsrail istədiyi kimi irəliləyə bilmirdi. PKK ilə Türkiyə arasında razılıq əldə olunub. Tramp sanki bu məktubla İrana xəbərdarlıq etdi və İran Suriyada başladı. Türkiyə və Suriyaya qarşı İranın ABŞ və İsraillə birgə addımlaması həlledici məqamlarda labüdləşir. Məktub, təhdidlər, təzyiqlər süni düşmənçilik obrazı yaradaraq dünyanı buna inandırmaq üçündür. Bu təhdidlər 50 ilə yaxındır ki, davam edir, lakin hələ heç bir müdaxilə baş verməyib. Əgər İran olmasa , Fələstində, Suriyada, hələ bir azdan da Livan və Misiri işğal edəndə İsrailin orada irəliləməsi üçün kim şərait yaradacaq? Heç bir ərəb ölkəsi bunu etməz. İsrailə yeganə olaraq bu imkanı İran öz proksi qüvvələri vasitəsi ilə yaradır. Əksinə İranı ona görə təhdid edirlər ki, daha sərt və sürətli olaraq vəziyyəti qarışdırsın. Çünki Suriyada, Livanda, Fələstində sabitlik olduqca İsrail irəliləyə bilmir. İran bu təhdidlərdən sonra artıq Suriyanı qarışdırdı. Növbəti olaraq Həmasın tam məhv edilməsinə gətirib çıxaracaq savaşı körükləyəcək. Daha sonra Livanda Hizbullahı işə salıb işğala zəmin hazırlayacaq”.
Politoloqun sözlərinə görə, İranın nüvə proqramına ABŞ-ni və İsrail razılıq vermək istəyir:
“Bunu Bayden də istəyirdi. Lakin bu silahın yalnız müsəlman ölkələrinə qarşı təhdid funksiyası oluşdurduğu halda mümkün olacağı məsələsi var ki, İsrail buna inanmır. Əgər İsraili inandıra bilsə, İran Suriyada İsrailə maksimal dəstək verib işğala zəmin yarada bilsə, özünü tam sübut edəcək və ABŞ -nin onun nüvə proqramına müdaxilə etməyəcək. Həmas - İsrail savaşını körükləməklə İran İsrailə mümkün qədər zəmin hazırladı ki, Qəzzanı tam nəzarətə götürüb Həması maksimum zəiflədə bilsin. Lakin ABŞ İrandan daha çox şey istəyirdi . O da nüvə obyektlərinin toxunulmazlığı naminə Bəşər Əsəd vasitəsi ilə Hizbullah liderlərinin yerini İsrailə təqdim etdi, eyni zamanda İran təhlükəsizlik əməkdaşları İranda qonaq olan Həmas liderini qətlə yetirdilər. İran ilə ABŞ arasında gedən alverdə əsas İsrailin maraqlarının təmin olunmasına diqqət olunur. Trampın İrana verdiyi təklif İsrail və ABŞ-nin yeni proyektləri ilə bağlıdır. İran bəzən onların planladığı istiqamətdən kənara çıxır ki, bu zaman ona dərhal xəbərdarlıq edirlər. Trampın təklifi odur ki, İran əsasən Yaxın Şərqdə İsrail və ABŞ üçün daha çox imkanlar yarada bilər. Bu imkanları yaratdığı müddətcə İran sübut edir ki, gücünü müsəlman, Türk və ərəb ölkələrinə qarşı istifadə edir və əgər nüvə silahı olsa, onu da məhz bu dövlətlərə qarşı təhdid yaratmaq üçün istifadə edəcək. İran öz sadəqətini Suriyada göstərir. Əsəd qüvvələrini, Ələviləri, Nüseyriləri hakimiyyətə qarşı üsyana başlatmaqla. Eyni zamanda İraq və Livan sərhəddindən Suriyaya qarşı Hizbullahı və Həşd Şəbi qüvvələrini səfərbər edib. İsrailin Suriyada planları var, İran bu planların həyata keçməsi üçün ilkin mərhələni həyata keçirib çəkilməlidir. Bu cür razılaşma ilə addım atdıqları müddətcə ABŞ və İran arasında heç bir real toqquşma olası deyil”.
Kəmalə Vəliyeva