"Fransa Rusiya pulları ilə Ukraynaya hərbi yardım edəcək"

Bölmə: Siyasət › ,
Tarix: 22:01 10.03.2025

Fransa Ukraynaya 195 milyon avro dəyərində yeni hərbi yardım paketi ayıracaq və bu paket Rusiyanın dondurulan aktivləri hesabına maliyyələşdiriləcək.

 

 Sebastyan Lekornu “La Tribune Dimanche” qəzetinə müsahibəsində bildirib.

Məlumata görə, aktivlərdən yığılan məbləğ Ukraynaya “Mirage-2000” qırıcılarında istifadə olunan 155 mm-lik mərmi və AASM aviasiya bombalarını tədarük etməyə imkan verəcək.

 

Bu barədə politoloq Oqtay Qasımov “informator.az”a açıqlamasında bildirib ki, müharibə vəziyyətində ən çox danışıq etməsinə baxmayaraq, ən az yardım edən dövlət Fransadır:

 

“Fransadan kiçik hətta iqtisadiyyatı zəif olan, Danimarka Fransadan daha çox Ukraynaya yardım edir. 195 milyon avro Rusiyanın puludur.

Fransa sadəcə olaraq, fransız banklarında saxlanılan pulun hesabına Ukraynaya kömək edir. Rusiya - Ukrayna müharibəsi elə bir səviyyədə aparılan iri miqyaslı savaşdır ki, 195 milyon avro bu savaşda hər hansı ciddi dəyişikliyə səbəb ola bilməz”.

 

Ekspert bildirib ki, bu məsələ gərgin olan Rusiya- Fransa münasibərini daha da gərginləşdirəcək:

 

“ Bir müddət öncə Fransa prezidentinin müraciətindən sonra Vladimir Putin ona Napoleondan sitat gətirib. Bu da Rusiya prezidentinin Fransa prezidentinə olan münasibətini açıqlayır. Hazırda Fransa Rusiya münasibəti gərgindir və bu məsələ bu münasibəti daha da gərginləşdirəcək".

 

Asiman Vəliyeva