Ermənistan-Azərbaycan sülhü üçün kritik addım!

Tarix: 21:33 14.03.2025
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə edib. Bəyanatda mühüm təfərrüatlar verilərək, Rusiyanın iki ölkə arasında münasibətlərin inkişafına hər cür töhfə verməyə hazır olduğu bildirilib.
Mövzu ilə bağlı Kremldən verilən açıqlamada “Nikol Paşinyan, Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni ilə bağlı razılıq əldə edildiyi” , - Ermənistanın bu mühüm sənədi imzalamağa hazır olduğu bildirilib.
Bəyanatda Putinin Transqafqazın təhlükəsizliyi və sabitliyi naminə Ermənistan - Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarı olduğu barədə aşağıdakı bəyanatlar səsləndirilib:
Bu kontekstdə Vladimir Putin vurğuladı ki, “Rusiya həmişə Zaqafqaziyanın təhlükəsizliyini, sabitliyini və davamlı sosial-iqtisadi inkişafını təmin etmək üçün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarı olub və bundan sonra da olacaq və bəyan edib ki, həm Ermənistan, həm də Azərbaycan bu məqsədə çatmaq üçün lazım olan hər cür yardımı göstərmək üçün Rusiyaya həmişə arxalana bilər”.
Mənbə: a haber
Asiman Vəliyeva