Rıza Çalımbaydan "Beşiktaş" haqqında -"Gedərəm"

Bölmə: İdman › ,
Tarix: 21:27 19.03.2025

Rıza Çalımbay, "Beşiktaş" və "Sivasspor"la bağlı diqqətçəkən açıqlamalar verib.

 

Sivassporun baş məşqçisi Rıza Çalımbay, "Sivasspor" və "Beşiktaş"ın onun üçün əhəmiyyətini vurğulayıb.

 

TRT Sporta danışan Çalımbay, hər iki komandanın onu vəzifəyə çağırması halında bunu qəbul edəcəyini belə bildirib:

 

“Daşın altına əlimizi qoyduq. Cədvəlimiz çətindir. Yaxşı komandalar, çempionluğa oynayan komandalar var. Əlimizdən gələni edəcəyik. Heç kəsi asanlıqla qırmaram. Amma "Beşiktaş" və "Sivasspor" məni nə zaman çağırsa, gedərəm. Əgər ehtiyacları varsa və məni istəyirlərsə, gedərəm. Sivasdan məni çağırdıqda, "Gələrsənmi?" dediklərində, "Əlbəttə, gələrəm",- dedim. Mənə güvənirlər. İndi bir az çətinlik çəkəcəyik, amma sonra bəlkə də bir seriya qazanıb yaxşı bir yerə gələcəyik”.

 

Mənbə: CNN News Türkçe 

Nigar Həsənzadə