Ramazan yoxlamaları zamanı 366,5 milyon lirə cərimə kəsilib

Tarix: 19:09 29.03.2025
Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı, Ramazan ayı ərzində təxminən 200 min yoxlama apardıqlarını ifadə edərək, "Yoxlamalarımız nəticəsində 3961 müəssisəyə 366 milyon 454 min lirə inzibati cərimə kəsildi",- dedi.
Ramazan ayı səbəbiylə il boyu davam edən rutin qida yoxlamaları ilə yanaşı, qida müəssisələrində də yoxlamaları artırdıqlarına diqqət çəkən Yumaklı, vəzifəyə gəldiyi gündən qida təhlükəsizliyi məsələsinə xüsusi önəm verdiyini bildirdi.
Yumaklı, 8500-dən çox məmurla ildə orta hesabla 1 milyon 300 min yoxlama həyata keçirdiklərini qeyd edərək sözlərinə belə davam etdi:
"Bu yoxlamalar nəticəsində vətəndaşlarımızın sağlamlığı ilə oynayanlara dözmürük.
Müntəzəm yoxlamalarımızla yanaşı, vaxtaşırı olaraq sahə yoxlamalarımız da davam edir. Ramazan ayı ərzində, yəni martın 1-dən bu günə qədər təxminən 200 min yoxlama aparmışıq. Apardığımız yoxlamalar nəticəsində 346 min 446 milyon manat inzibati cərimə kəsilib. 961 sahibkarlıq subyektindən 125-i ilə bağlı prokurorluğa cinayət işi qaldırmışıq”,- qiymətləndirməsini etdi.
Mənbə: Haber Global
Çimnaz Telmanqızı