ABŞ-də daha bir tələbəni İmmiqrasiya Departamenti saxlayıb

Tarix: 20:29 29.03.2025
Minnesota Universitetinin Prezidenti Rebecca Cunningham bir tələbənin kampusdan kənar bir evdə saxlanıldığını bildirdi.
Bildirilib ki, ABŞ-nin Minnesota Universitetindən adı açıqlanmayan bir tələbəni ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) saxlayıb. The “New York Times” qəzetinin xəbərinə görə, universitetin prezidenti Rebekka Kanninqem məsələ ilə bağlı verdiyi açıqlamada tələbənin kampusdan kənar bir evdə saxlanıldığını bildirib. Universitetin saxlanılma hadisəsindən əvvəlcədən xəbərdar olmadığını bildirən Kanninqem hadisə baş vermədən əvvəl federal səlahiyyətlilərlə heç bir məlumat paylaşılmadığını vurğuladı.
Rektor universitet tələbəsinin adını və vizanın növünü açıqlamayıb.
Mənbə: Haber Global
Kəmalə Vəliyeva