Tramp, Zelenskinin nadir torpaq elementləri razılaşmasından geri çəkilməyə çalışdığını iddia etdi

Tarix: 11:57 31.03.2025
ABŞ Prezidenti Donald Tramp, “(Ukrayna Prezidenti Volodimir) Zelenskinin nadir torpaq elementləri razılaşmasından geri çəkilməyə çalışdığını görürəm. Əgər bunu edərsə, problemə səbəb olar”,– deyə bildirib.
ABŞ Prezidenti Donald Tramp, Floridadan Vaşinqtona dönərkən təyyarədə jurnalistlərlə söhbətində Rusiya-Ukrayna gündəmini dəyərləndirib. Tramp, Ukrayna Prezidenti Zelenskinin nadir torpaq elementləri razılaşmasından geri çəkilməyə çalışdığını və bundan məmnun olmadığını vurğulayaraq belə danışıb:
“Zelenskinin nadir torpaq elementləri razılaşmasından geri addım atmağa çalışdığını görürəm. Əgər bunu edərsə, problemə səbəb olar. Böyük, çox böyük problemlər. Bu mövzuda bir razılaşma əldə etmişdik, indi isə deyir ki, ‘razılaşmanı yenidən müzakirə etmək istəyirəm’. NATO üzvü olmaq istəyir. Heç vaxt NATO üzvü olmayacaqdı. Əgər razılaşmanı yenidən müzakirə etmək istəyirsə, bu, böyük bir problem deməkdirə”. Rusiya Prezidenti Vladimir Putinlə münasibətinin yaxşı olduğunu bildirən Tramp, “(Putinin) sözündən dönəcəyini sanmıram. Onu uzun zamandır tanıyıram. Son bir-iki gündə Zelenskiylə bağlı dediyi bəzi şeylər məni məyus etdi. Sevib-sevməməsindən asılı olmayaraq, onunla bir razılaşma əldə etməli idi. Buna görə də bu sözlərindən məmnun deyildim. Ancaq yenə də hər şeyin yaxşı olacağını düşünürəm”,– deyə bildirib.
Mənbə:TRT
Ətirə İbayeva