İmamoğlunun həbsi iqtisadiyyata necə təsir edə bilər?

Tarix: 09:30 04.04.2025
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlunun həbs qərarının bazarların gedişinə necə təsir edəcəyi maraq doğurur.
Xəzinə və Maliyyə naziri Mehmet Şimşek sağlam fəaliyyət üçün lazımi addımların atılacağını söylədi.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) və Türkiyə Banklar Birliyi (TBB) bazar günü həftənin əvvəlində baş verə biləcək bazar dalğalanmalarına qarşı texniki iclas keçirib. İclasda Mərkəzi Bankın rəsmiləri və TBB İdarə Heyətinin üzvü olan bankların nümayəndələri iştirak ediblər. TBB-nin açıqlamasında iqtisadiyyatda sabitliyin qorunacağı vurğulanıb:
“Texniki görüş zamanı bütün aidiyyəti qurumların sıx əməkdaşlığı ilə sabitliyin qorunması üçün bazar qaydaları çərçivəsində bundan sonra da bütün növ alətlərdən səmərəli və qətiyyətlə istifadə ediləcəyi bildirilib”.
Mənbə: BBC News Türkçe
Zəhra Möhübbətova