Tramp “Pandoranın qutusunu” açdı: 10 faiz hesablama

Tarix: 10:16 04.04.2025
Tramp Ağ Evdə digər ölkələrə qarşılıqlı tariflər tətbiq edəcək sərəncam imzalayıb. ABŞ Prezidenti Donald Tramp sabahdan etibarən ABŞ-nin digər ölkələrə qarşılıqlı tariflər tətbiq edəcəyini və əsas tarif dərəcəsinin yüzdə 10 olacağını açıqlayıb. ABŞ Prezidenti Tramp buradakı çıxışında bu günü çoxdan gözlənilən “qurtuluş günü” kimi xarakterizə edib. Tramp:
“Ölkəmiz və vergi ödəyicilərimiz 50 ildən artıqdır istismar olunur, lakin bundan sonra buna icazə verilməyəcək” , - deyib. “Hürriyet” qəzetindən Sefer Levent Trampın qərarı ilə bağlı diqqətçəkən yazı yazıb.
“Pandoranın qutu”su açıldı və dünya ticarətində yeni dövr başladı. ABŞ Prezidenti Donald Tramp aprelin 2-də dünya ölkələrinə tətbiq olunacaq gömrük rüsumlarını açıqlayıb. Trampın saxladığı siyahı Vyetnama 46 faiz, Çinə 34 faiz, Yaponiyaya 24 faiz, Aİ ölkələrinə isə 20 faiz tariflərə tabe olacağını göstərirdi. Siyahıda Türkiyənin qarşısındakı yüzdə 10 tarif diqqət çəkdi. Dünyanın bütün seqmentlərindən sıx reaksiyalar alan gömrük tariflərinin ticarət müharibəsi başlatdığı şübhəsizdir. Trampın “ll Dünya Ticarət Müharibəsi” adlandırdığımız bu yeni dövrün kimə və necə təsir edəcəyini təhlil etməyə çalışaq.
Mənbə:CNN Türk
Əminə Əliyeva