“Bu işi işğaldan azad edilən ərazilərdə aparırıq”

Bölmə: Siyasət › ,
Tarix: 11:24 04.04.2025

“Biz deyə bilərik ki, Azərbaycan enerji təhlükəsizliyində tərəfdaşlıq üçün daha mühüm rolu oynayacaq”.

 

“İnformator.az” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında bildirib.

 

Bu gün artıq investorlarımızla imzalanan müqavilələrin olduğunu söyləyən dövlət başçısı vurğulayıb:

 

“Bu, Günəş və Külək enerji stansiyalarına aid olan müqavilələrdir ki, 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. Qeyd edirəm ki, nəticədə xeyli təbii qaza qənaət etmək imkanı yaranacaq ki, hazırda həmin qaz ölkə daxilində elektrik enerjisinin istehsalı üçün istifadə olunur və ixraca yönəldiləcək. Biz, eyni zamanda, öz investisiyalarımızla hidroenerji potensialımızı artırırıq, xüsusən də Ermənistanınişğalından azad edilən Şərqi Zəngəzur və Qarabağ bölgələrində”.