Fransa ilə Əlcəzair arasında gərginlik

Tarix: 23:37 15.04.2025
Əlcəzair və Fransa arasında diplomatik əlaqələr Əlcəzairin Fransadakı konsulluğunun əməkdaşının həbsindən sonra yenidən gərginləşib. Əlcəzair həbsini "diplomatik normaların açıq şəkildə pozulması" kimi qiymətləndirib, Fransa konsulluğunun 12 əməkdaşının 48 saat ərzində ölkəni tərk etməsini tələb edib və ölkənin suverenliyinə qarşı istənilən hücuma "sərt" cavab verəcəyini bildirib.
Fransanın xarici işlər naziri Jan-Noel Barrotun Əlcəzairin 12 Fransa konsulluğunun əməkdaşının 48 saat ərzində ölkəni tərk etməsi tələbini “ədalətsiz” adlandırmasından sonra Əlcəzair Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda deyilib ki, bu qərar Əlcəzairin Fransadakı konsulluğunun əməkdaşının “diplomatik norma və praktikaların açıq şəkildə pozulması” olan “göstəriş” həbsinə cavab olaraq qəbul edilib.
Bəyanatda Fransanın daxili işlər naziri Bruno Retallonun “sırf şəxsi mənfəət üçün çirkli işlərə qarışdığı, ən kiçik siyasi anlayışa malik olmadığı və Əlcəzair ilə Fransa arasındakı münasibətlərin tutacağı istiqamətə cavabdeh olduğu” qeyd edilib. Bəyanatda həbs edilən konsulluq əməkdaşının diplomatik toxunulmazlığa malik olduğu, lakin Fransa hakimiyyətinin onunla “oğru kimi və ləyaqəti alçaldan rəftar etdiyi” bildirilib. Açıqlamada hadisənin iki ölkə prezidentləri arasında telefon danışığı və Fransa xarici işlər nazirinin Əlcəzairə səfərindən sonra Əlcəzair-Fransa münasibətlərinin sakitləşməyə başladığı bir vaxtda baş verdiyi vurğulanıb. Bəyanatda Fransa daxili işlər nazirinin ölkənin suverenliyini pozan hər hansı digər hərəkətinə qarşılıqlılıq prinsipinə əsaslanan “möhkəm və uyğun” cavab veriləcəyi bildirilib.
Mənbə: CNN Türk
Səyyarə Mirzəyeva