“Türkiyə Suriyada İsraillə qarşılaşmaq istəmir”

Bölmə: Dünya › ,
Tarix: 17:28 04.04.2025

Xarici işlər naziri Hakan Fidan İsrailin Suriyaya hücumlarının regional qeyri-sabitliyə yol açdığını ifadə edib:
“Biz Suriyada İsraillə qarşılaşmaq istəmirik”,-dedi.

 

Qəzza zolağı və Livanda hücumlarını davam etdirərək bölgədə qarşıdurmanı qızışdıran İsrail ötən gün Suriyanı hədəfə alıb. Dünən hücumdan sonra açıqlama verən İsrailin müdafiə naziri İsrael Katz Əhməd Şara başçılıq etdiyi Suriyanın yeni administrasiyasını təhdid edib:

“Düşmən qüvvələrinin Suriyaya girməsinə icazə versəniz və İsrailin təhlükəsizlik maraqlarını təhdid etsəniz, bunun əvəzini çox ağır ödəyəcəksiniz”,-deyib.

 

“Suriyaya hücumlar regional qeyri-sabitliyə yol açır”

 

Xarici işlər naziri Hakan Fidan İsrailin Suriyaya hücumlarının regional qeyri-sabitliyə yol açdığını ifadə edərək, İsrailin Suriyaya hücumlarının regional qeyri-sabitliyə yol açdığını bildirib.

 

Mənbə: CNN Türk
Nərmin Həşimova