Türkiyədə Seçkilər Ərəfəsində Siyasi Gərginlik Artır

Tarix: 19:11 04.04.2025
Türkiyədə növbəti prezident və parlament seçkilərinə az vaxt qalıb və ölkədə siyasi gərginlik artmaqdadır. Hökumətə qarşı olan tənqidlər, müxalifət partiyalarının seçki kampaniyaları və iqtisadi islahatlarla bağlı müzakirələr gündəmi zəbt edib. Seçki öncəsi partiyalar arasında baş verən ittifaq dəyişiklikləri və bəzi siyasi liderlərin ardıcıl çıxışları, cəmiyyətin müxtəlif təbəqələri arasında mübahisələrə səbəb olur. Əksər analitiklər, ölkənin iqtisadi vəziyyəti, işsizlik və yüksək inflyasiya ilə bağlı narahatlıqların, seçicilərin seçimində böyük rol oynayacağına inanırlar.
Bu barədə siyasi şərhçi Kənan Novruzov “informator.az”a açıqlamasında bildirib ki, Türkiyədə gərginlik artıb və iqtidarla müxalifət üz-üzə gəlib:
“ Bu da cəmiyyətlə hakimiyyəti üz-üzə qoymaqla yanaşı , həm da cəmiyyət daxilində müəyyən fikir ayrıqlıqlarını gücləndirir. Bu hallar istənilən ölkə üçün seçkilər ərəfəsində ciddi effektləri, təsirləri ola bilər”.
Siyasi şərhçinin sözlərinə görə, Türkiyə hakimiyyətinin hazırkı vəziyyətdən də uğurla çıxacağını vurğulayıb:
“Prezident seçkiləri 2027-ci ildə keçirilməlidir. O baxımdan qarşıdakı vaxtda belə hallar daha da artacaq. Belə halların artmasında, intensivləşməsində Türkiyə daxilində qeyri-sabitliyin hökm sürməsində məraqlı olan xarici qüvvələrin də əli olacaq. Bəzi siyasi oyunçuların fəallaşması, Türkiyə daxilində bəzi oyunların dayanması xaricdən maliyyələşə bilər ki, bu da Türkiyə iqtidarına qarşı bir təzyiq mexanizmi olacaq. Amma Türkiyə hakimiyyəti bu sınaqdan da uğurla çıxa biləcək”.
Maya Bayramova