ABŞ nə üçün Ukraynaya hərbi dəstək göstərmək niyyətindədir?

Tarix: 19:37 04.04.2025
ABŞ münaqişə bitdikdən sonra da Ukraynaya hərbi yardım göstərməyi planlaşdırır. Bunu Donald Trampın Silahlı Qüvvələrin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri postuna namizəd göstərdiyi Den Keyn bildirib. O, ABŞ-nin Ukraynanın ordusunu gücləndirməyə və sabitliyini təmin etməyə davam etməli olduğunu vurğulayıb. Keynin sözlərinə görə, ABŞ Ukraynanı dəstəkləyən dövlətlər şəbəkəsinin bir hissəsidir və Avropa Kiyevə yardımını artırarkən əsas diqqəti unikal hərbi resursların təchizatına yönəltməlidir.
Mövzu ilə bağlı politoloq Xəyal Bəşirov "informator.az"a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları təbii ki, Ukrayna ilə bağlı prosesi davam edirəcək:
"Lakin hazırkı mərhələdə müharibənin davam ediyi,hələki atəşkəsin əldə olunmadığı dönəmdə ABŞ-nin hazırkı rəhbəri Donald Tramp administrasiyası silahı tədarükü və yaxud müharibənin davam edirilməsi proseninə rəvayət verəcək addımları atmaq istəmir. Yəni bu mərhələ də bu prosesi dayandırmaq istəyir. Digər məsələ isə atəşkəs əldə edilsin, çünki artıq Amerika Rusiya-Ukrayna müharibəsində istəyinə çatıb və hazırkı mərhələ də həmin o prosesdən ən gəlirli şəkildə çıxan tərəf Amerika Birləşmiş Ştatlarıdır. Amerika əlvan metallarla bağlı həmin o sənədin imzalanmasına nail olmaq ərəfəsindədir. Amma müharibə olmasaydı nə Rusiya, nə də Ukrayna buna razı olardı. Rusiya razılıq verməzdir ki, Ukraynanı özünün təsirin dairəsinə aid olan dövlət hesab edir və orda ABŞ-nin həmin o dəyərli, zəngin əlvan metalların istismarına razılıq verməzdi. Təbii ki, Ukraynada buna razılıq verməzdi. Çünki Ukrayna hazırkı məcburiyyət vəziyyətində qalmadan öncə buna razı olmazdı. Hələ indiki vəziyyətdə belə razılıq verməyə belə tərəddüd edir. O ki, qaldı müharibədən öncə Rusiyanı zərərsizləşdiribmi? Amerika zərərsizləşdirib, 3 il ərzinə Ukraynaya edilən yardımı daha çox məbləğlə Ukraynanı borclandırır, yəni bu ABŞ-nin əldə etdiyi gəlirlərdir. 3 il ərzində və hətta 3 ildən artıq bir müddətdə silah satışını davam ediribmi? Bəli edirib. Bundan böyük məbləğdə gəlirlər əldə edib. Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın Avropaya enerji resuslarının ixracının dayandırılmasına nail olub. Şimal axını nail olub? Bəli nail olub. Bunun əvəzində Amerika öz enerji resuslarını Avropaya daha baha qiymətə satır. Bütün bunlar eyni zamanda Avropa ittifaqına daxil olan dövlətlərin təhlükəsizliklə bağlı əsas dayaq rolunda Amerika bir daha sübut etib".
O həmçinin açıqlamasında bildirdi ki, bu gün Avropada o təhlükəsizliklə bağlı narahatçılıqa Amerikanın yürüdüyü siyasət son qoyub:
"Onun üçün də Avropa Amerika Birləşmiş Ştatlarına daha yaxın olmağa çalışacaq. Çünki Rusiya təhlükəsizliyi bu gün daha ciddi şəkildə hiss olunmadadır. Bundan başqa Çin təhlükəsizliyi var. Ona görə də Avropa bu proseslərdən sonra Amerika Birləşmiş Ştatlarına daha yaxın münasibət göstərəcək və daha çox onun dediklərinə əməl edəcək. Bütün bunlar ABŞ-nin əldə etdikləridir. Atəşkəs əldə edildikdən sonra, təbii ki, Ukraynaya silahın satılması prosesini davam edirəcək. Yəni bunu qarışdırmaq lazım deyil. İndiki mərhələdə əslində Ulraynaya verilən silah satılmamalıdır, borca verilməməlidir. Ancaq müharibə bitdikdən sonra, yəni atəşkəs əldə edildikdən sonra, lakin bir məsələdə var ki, sülhün əldə edilməsi hələki mümkün deyil. Sadəcə münaqişənin dondurulması ola bilər. Çünki sülh əldə etmək üçün Rusiya həmin ərazilərdən çıxmalıdır və əvvəlki vəziyyətə qayıtmalıdır. Bu da ki hazırkı perspektivlikdə real görünmür. Atəşkəsin əldə edilməsindən sonra artıq Ukraynaya edilən hər yardım borc olaraq veriləcək və təbii ki, bu ABŞ-nin hələ də prosesə nəzarətini davam edirməsi deməkdir. Senata verilən bu
mesaj ABŞ-nin siyasətidir. Senat özü də bunu gözəl anlayır və bilir ki, burada güclü dövlət siyasəti var".
Ayşən Səlimova