Avropada məcburi hərbi xidmətə qayıtmaq siqnalı verən ölkələrə Polşa da əlavə olundu

Bölmə: Dünya › ,
Tarix: 19:46 04.04.2025

Polşa Baş Naziri Donald Tusk keçən ay kişilər üçün hərbi xidmət təhsilini məcburi edəcək bir tənzimləmə üzərində işlədiklərini açıqladı.

 

Rusiya 1,3 milyon, Ukrayna isə 800 min əsgərə malik olduğunu qeyd edən Tusk, öz ölkəsində yalnız 200 min civarında olan əsgər sayını 500 minə çatdırmaq istədiklərini bildirdi. Digər tərəfdən, Rusiyada məcburi hərbi xidmət olduğu üçün bu ilin yaz çağırışında 160 min kişini orduya çağıraraq 2011-ci ildən bəri ən böyük əsgər qəbulunun ilk addımını atdı. Polşa lideri Tusk, "Bir müharibə baş verdiyi təqdirdə Polşadakı bütün kişilərin bu sahədə təlim keçmiş olmasını, ehtiyat hərbi qüvvəmizin potensial təhdidlər qarşısında kifayət qədər güclü olmasını istəyirik" dedi.

 

Mənbə: BBC News
Fatimə Heydərova